Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar YENİLƏNİB VİDEO

Budapeşt, 30 yanvar, AZƏRTAC

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilib.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri və Azərbaycan Prezidenti naharda çıxış ediblər.

Baş nazir Viktor Orbanın
çıxışı

- Hər vaxtınız xeyir, hörmətli xanımlar və cənablar.

Sizin hamınızı səmimi-qəlbdən salamlamaq istəyirəm.

Mən ana dilimdə danışacağam və sizin dilinizə tərcümə olunacaq. Eyni ölçüdə olan ölkələr, hətta rəsmi danışıqları ingilis dilində aparsalar belə, öz ana dilindən istifadə etməyi xoşlayır. Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa İttifaqı -bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, biz tək özümüzə arxalana bilmərik. Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək. Mənim Prezident Əliyevlə və birinci xanımla dostluğum məhz o vaxta təsadüf edir və mən birinci xanımı da səmimi-qəlbdən salamlamaq istəyirəm.

Bilirsiniz ki, macar tarixçilərinin fikrinə görə, Ural dağlarının şərq tərəfindən uzun səfərimiz zamanı biz çağdaş Azərbaycanın ərazisində müəyyən vaxt keçirmişik. Məhz buna görə biz Prezident Əliyevin Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvü olaraq qoşulmasını dəstəklədiyinə görə minnətdarıq. Çünki iki ölkə arasında mədəni oxşarlıq var. Bu, o qədər də açıq-aşkar deyil. Çünki biz müəyyən vaxtda xristian olduq, lakin Azərbaycan öz müsəlman kimliyini qoruyub saxlaya bildi. Dostları qazanmaq o qədər də asan deyil. Macarlar üçün bu, xüsusilə çətindir. Dost qazananda sən dostunun bütün səhvlərini bağışlamalısan. Biz macarlar da bir neçə səhv etmişik. Beləliklə, biz səhvlərimizi bağışlamağa hazır olan dostları tapmalıyıq. Həmişə mükəmməl olan dostları qazanmaq asandır. Mən bunu da Prezident Əliyevə dedim. Macarıstanın qismində siz mükəmməl olmayan dost qazanırsınız, cənab Əliyev. O da maraqlı bir şey idi. Bundan daha da önəmlisi var. Eyni dalğada olan ölkələr özlərinin strateji və geostrateji yerləşmə nöqteyi-nəzərindən oxşar olub-olmadıqlarını anlayırlar. Bunu anlamaq üçün alim olmaq lazım deyil. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə sərhəddir. Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib. Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm.

Cənab Prezident, ötən onilliyə görə biz Sizə həmişəlik minnətdarıq. Biz sizin enerjinizə görə sizin dostunuz deyilik, çünki indi sizin çoxlu enerji dostunuz var. Biz sizinlə mədəniyyəti, oxşar keçmişi paylaşırıq. Biz Sizin bizə təklif etdiyiniz imkanları çox yüksək dəyərləndiririk. Siz macarlara Azərbaycanın neft sənayesinə sərmayə yatırmağa icazə verdiniz. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayələrdən biri, bəlkə də ən böyüyüdür. Bizim şanslarımız var. Özümüzü yaxşı aparsaq bizim gələcəkdə imkanlarımız olacaq.

Cənab Prezident, səfəriniz üçün təşəkkür edirəm. Birinci xanım, həyat yoldaşınızı müşayiət etdiyiniz üçün Sizə xüsusilə minnətdarıq. Biz indi Prezidenti və birinci xanımı salamlayırıq və bu da indi siyasətdə adət olunan hal deyil. Prezident Əliyevdən misal olaraq deyə bilərəm ki, ölkəyə rəhbərlik etmək istəyirsənsə sizin bütöv ailəniz olmalıdır. Çünki ailənizdə hər şey qaydasında olmasa, ölkəyə necə rəhbərlik edə bilərsiniz? Beləliklə, biz, sadəcə, Prezident və xanımını deyil, böyük ailənin üzvlərini salamlayırıq. Yaşasın Azərbaycan!

x x x

Prezident İlham Əliyevin
çıxışı

- Hörmətli cənab Baş nazir.

Hörmətli birinci xanım.

Əziz dostlar.

Mehriban və mən Sizin gözəl ölkənizdə özümüzü evimizdəki kimi hiss edirik. Bizə göstərilən qonaqpərvərlik bizi çox xoşbəxt edir.

Əziz dostum cənab Baş nazir öz çıxışında bizim haqqımızda çox gözəl sözlər deyib, buna görə mən çox təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən Macarıstan və Azərbaycan həm strateji tərəfdaşlardır, eyni zamanda, yaxın dost ölkələrdir. Hazırda bizi birləşdirən bir çox bağlar var. Amma hesab edirəm ki, onların arasında təməl amillər bizim dünyaya olan ortaq baxışlarımızdır. Bu, bizi daha da bir-birimizə sıx bağlayır və dostluğumuzu daha da gücləndirir. Milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk.

Cənab Baş nazirlə artıq on ildən çoxdur ki, yaxın əlaqələrimiz var, deyə bilərəm ki, dostluq edirik. Həm əziz dostum Viktor dəfələrlə Azərbaycanda olub, mən artıq bir neçə dəfə Macarıstana səfərlər etmişəm və biz hər il ən azı bir neçə dəfə beynəlxalq tədbirlərdə də görüşürük. Hər bir fürsətdən yararlanmaq istəyirik ki, həm söhbət edək, eyni zamanda, ölkələrimiz üçün vacib olan məsələləri müzakirə edək və onları həll edək.

Əziz dostum dediyi kimi, biz enerji dostları deyilik, biz əsl dostlarıq. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycana enerji resurslarının təchizatı ilə bağlı 10-dan çox ölkədən sifarişlər gəlmişdir, xahişlər edilmişdir. Deyə bilərəm ki, bütün bu təkliflər indi müzakirə edilir və adi qaydada müəyyən bürokratik prosedurları nəzərə almaq şərtilə müzakirə olunur və sonra əlbəttə ki, qərarlar qəbul ediləcək. Amma Macarıstanla Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlığa dair bu gün imzalanmış sənəd deyə bilərəm ki, cəmi üç gün ərzində hazırlanmışdır və bu gün imzalanmışdır. Yəni, üç gün, özü də bu, “weekend” günləri idi. Amma o yetərli oldu ki, biz çox önəmli strateji addımı bu gün ataq və öz imzamızı qoyaq. Bu, bir daha əlaqələrimizin nə qədər səmimi olmasından xəbər verir. Əlaqələrimizin ən böyük dəyəri məhz budur - qarşılıqlı etimad, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində birgə fəaliyyətimiz.

Bu gün mətbuata verdiyimiz açıqlamalarda biz bir çox önəmli məsələləri əhatə etdik, onları təkrarlamaq istəmirəm. Ancaq bir şeyi burada əlavə qeyd etmək istəyirəm ki, doğrudan da biz özümüzü burada evimizdəki kimi hiss edirik, dostlar arasında hiss edirik.

Əlbəttə, Viktora əsas qiymətini dost macar xalqı vermişdir və dəfələrlə ona etimad göstərərək həm öz müdrikliyini göstərdi, eyni zamanda, onun fədakar fəaliyyətinə düzgün qiymət verdi. Əziz dostuma gələcək uğurlar, gələcək qələbələr arzulayıram. Biz siyasi müstəvidə veteranlar sayıla bilərik. Yaşımıza görə yox. Viktor məndən də tez rəhbər seçildi, 35 yaşında. Mən ondan bir qədər sonra, 41 yaşımda. Hələ ki, bizim gücümüz yerindədir və əminəm, şəxsi dostluğumuz və ölkə rəhbərləri kimi əməkdaşlığımız bundan sonra da uzun illər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar  YENİLƏNİB VİDEO

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO