DÜNYA
Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçiriblər
Paris, 2 oktyabr, AZƏRTAC
Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçiriblər.
AZƏRTAC xəbər verir ki, Burkina-Fasoda vəziyyət gərgin olaraq qalır. Nümayişçilər 9 ayda ikinci dövlət çevrilişi ediblər.
Bildirilir ki, devrildiyi iddia edilən xunta başçısı Pol-Anri Sandaoqo Damiba sosial şəbəkədə nümayişçiləri sakitləşməyə çağırıb. Nümayişçilər isə onun Fransa ilə əlaqəsi olduğunu bildirərək Uaqaduqu şəhərində həmin ölkənin səfirliyini və Bobo-Diulasso şəhərindəki institutunu hədəfə alıblar.
Fransanın Xarici İşlər Nazirliyi dərhal reaksiya verərək səfirliyə qarşı zorakılığı sərt şəkildə pisləyib və həmvətənlərinin təhlükəsizliyinin ölkə üçün prioritet olduğunu bildirib. Fransa XİN-in sözçüsü qeyd edib ki, bu hücumlar ölkəsinə qarşı dezinformasiya kampaniyası ilə manipulyasiya edilmiş nümayişçilərin hərəkətidir.
Beynəlxalq ictimaiyyət bu çevrilişi pisləyib. ABŞ vəziyyətdən çox narahat olduğunu bildirib və konstitusiya quruluşuna qayıtmağa çağırıb. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş mətbuata açıqlamasında hakimiyyəti silah gücünə ələ keçirmək cəhdini qətiyyətlə pisləyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi ümxbibiri
Paris