ELM VƏ TƏHSİL


CERN superkollayderin tikintisinə başlayacaq

Bakı, 17 yanvar, AZƏRTAC

Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Gələcək Dövri Kollayderin (Future Circular Collider – FCC) tikintisinə başlayacaq.

Yeni superkollayder Böyük Adron Kollayderindən dörd dəfə böyük və altı dəfə güclü olacaq. Tikinti ilə bağlı texniki hesabatda bir neçə ilkin layihə təklif edilir. Layihələrin dəyəri 9-21 milyard avro arasında dəyişir.

AZƏRTAC belta.by saytına istinadla xəbər verir ki, yeni qurğu Böyük Adron Kollayderinin yaxınlığında inşa ediləcək və çevrəsinin uzunluğu təxminən 100 kilometr olacaq. Kollayderdə tədqiqat işlərinə 2040-cı ildə başlanması nəzərdə tutulur.

Hazırda Böyük Adron Kollayderi dünyada ən böyük tikintidir. Ölçüsü 27 kilometr olan kollayder İsveçrə və Fransanın sərhədində inşa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.