RƏSMİ XRONİKA
ÇEXİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VATSLAV KLAUSA
Hörmətli cənab Prezident,
Çexiya Respublikasının milli bayramı – Müstəqil Çexoslovakiyanın yaranması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Çexiya arasındakı mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 15 oktyabr 2004-cü il.