ELM VƏ TƏHSİL
ÇİLİ TARİXİNDƏ İLK DƏFƏ QADIN ÖLKƏ PREZİDENTİ OLMUŞDUR
Prezident seçkilərinin ikinci turunda bülletenlərin 97 faizi hesablandıqdan sonra verilən rəsmi məlumata görə, seçicilərin 53,5 faizi Baçeleti, 46,5 faizi isə sağ qüvvələrin nümayəndəsi, milyonçu Sebastyan Pinyeri dəstəkləmişdir.
Mişel Baçelet 1990-cı ildə hərbi diktaturaya son qoyulduqdan sonra ölkənin demokratik idarəçiliyiə qayıtdığı vaxtdan bəri sol mərkəzçi koalisiyadan seçilən dördüncü dövlət başçısıdır. Onun atası Hərbi Hava Qüvvələrinin generalı idi və qiyamçıların ilk qurbanlarından biri olmuşdur. 1973-cü ildə general Pinoçeti hakimiyyətə gətirən çevriliş zamanı o, qanuni yolla seçilmiş sosialist prezident Salvador Alyendeni müdafiə etmişdi. Mişel Baçelet təhsilcə həkim olsa da, siyasətdə naşı deyildir. Prezident Rikardo Laqos hökumətində səhiyyə (2000-ci il) və müdafiə (2002-ci il) naziri olmuşdur.
Baçelet və onun komandası “100 gün, 36 vəd” proqramını həyata keçirmək niyyətindədir. Proqramın əsasını pensiyaların dərhal qaldırılması, yeni sağlamlıq mərkəzlərinin açılması və yaşı 60-dan yuxarı olan vətəndaşlara pulsuz tibbi yardım göstərilməsi məsələləri təşkil edir. Əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetiriləcəkdir.