DÜNYA
Çinin xarici valyuta ehtiyatları artıb
Pekin, 7 iyul, AZƏRTAC
İyunda Çinin xarici valyuta ehtiyatları əvvəlki ayla müqayisədə 0,3 faiz və ya 10,6 milyard ABŞ dolları artıb.
AZƏRTAC Çin Xarici Valyuta Administrasiyasına istinadla xəbər verir ki, hazırda ölkənin valyuta ehtiyatları 3,1123 trilyon dollar təşkil edir.
Administrasiyanın rəsmisi Van Çunyin deyib ki, valyuta ehtiyatlarının həcminin artmasına mübadilə məzənnələrinin və aktivlərin qiymətlərinin dəyişməsi də daxil olmaqla bir çox amillər təsir göstərib.
Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]