DÜNYA
COVID-19: Fransada koronavirus qurbanlarının sayı 42 960-a çatıb
Paris, 13 noyabr, AZƏRTAC
Fransada son 24 saatda COVID-19 infeksiyasına 33 172 yeni yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransanın Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilib ki, son sutkada koronavirusdan 425 ölüm faktı qeydə alınmaqla, bu virusdan ölənlərin ümumi sayı 42 960-a çatıb. Bunlardan 29 697-si xəstəxanalarda, 13 263-ü isə qocalar evlərində qeydə alınıb.
Hazırda xəstəxanalarda 32 683 koronavirus xəstəsi müalicə alır ki, onlardan 4899-u reanimasiya şöbələrində ağır vəziyyətdədir. Epidemiya başlayandan ölkədə ümumilikdə 1 898 710 yoluxma qeydə alınıb. Gündəlik aparılan testlərin 19.5 faizi pozitiv olur. Ən çox yoluxma və ölüm Paris və onun ətrafındakı qəsəbələrdə baş verib.
Fransa Baş naziri J. Kasteks ölkədə hər 30 saniyədən bir xəstəxanalara və hər 3 dəqiqədən bir reanimasiya şöbəsinə xəstə qəbul edildiyini bildirib. Milad bayramı münasibətilə dekabrın 1-dən sanitar qaydaları yüngülləşdirməyin mümkünlüyünü bildirib. Ancaq sakinləri bayram şənliyini məhdud sayda təşkil etməyə çağırıb.
Oktyabrın 30-dan sanitar qaydalara riayət edilməsi ilə bağlı keçirilən 581 min yoxlama nəticəsində 88 455 cərimə protokolu imzalandığı bildirilib. Ölkədə distant işləməyə üstünlük verilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris