Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Cəhənnəmdə böyük çığırtı” kitabı əsir düşmüş soydaşlarımızın acı taleyindən bəhs edir

Bakı, 20 fevral, Abdulla Suvar, AZƏRTAC 

“APA Holdinq”in dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evi tərəfindən çap edilmiş “Cəhənnəmdə böyük çığırtı” kitabının fevralın 20-də təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Lent.az informasiya agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr olunan kitabın müəllifi Vüsalə Məmmədova, ideya müəllifi və redaktoru Qabil Abbasoğludur.

Tədbirdə çıxış edən APA informasiya agentliyinin əməkdaşı İlham Tumas son illər “APA Holdinq”in dəstəyi ilə reallaşdırılan layihələrdən söz açıb. Bildirilib ki, bu layihələrin sırasında Azərbaycan həqiqətlərinin dünyada daha geniş coğrafiyada yayılması vacib məsələlərdəndir biri kimi qarşıya qoyulub. Bu gün təqdimatı keçirilən “Cəhənnəmdə böyük çığırtı” kitabı da məhz bu qəbildən nəzərdə tutulmuş işlərdəndir.

Sonra kitabda əksini tapmış materiallar əsasında APA informasiya agentliyi tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.

Qeyd edilib ki, “Cəhənnəmdə böyük çığırtı” kitabında toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdikləri işgəncə və zorakılıqlardan, yaşadıqları dəhşətlərdən bəhs edilir. Kitabın çap olunmasından məqsəd Qarabağ həqiqətlərini araşdırmaq, yeni nəslə, həmçinin dünyaya çatdırmaq, müharibənin günahsız insanların taleyinə vurduğu silinməz damğaları yenidən cəmiyyətə xatırlatmaq və erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir. Kitabdakı bir çox faktlar geniş ictimaiyyətə ilk dəfə çatdırılır.

Bildirilib ki, kitabda, həmçinin 1995-ci ildə Şuşa həbsxanasında saxlanılan azərbaycanlı əsirlərin məruz qaldığı işgəncələrə etiraz edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi, əsirlərin öz aralarında “qoruyucu mələyimiz” adlandırdığı İsveçrə vətəndaşı Pyer Reyçelin göstərdiyi fədakarlıqdan da söz açılır.

Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış edərək bildirib ki, bu gün təqdimatına toplaşdığımız “Cəhənnəmdə böyük çığırtı” kitabı “APA Holdinq”in və xüsusilə də Lent.az xəbər saytının böyük zəhməti hesabına başa gəlib. Bu kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin qəddarlığı haqqında həqiqətlərin həm yerli, həm də dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca lazımlı bir nəşrdir.

Hesab edirəm ki, bu nəşrin Xocalı soyqırımının ildönümü ərəfəsində işıq üzü görməsi də yaxşı haldır. Bilirsiniz ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı həyata keçirilmiş qəddar hərbi əməliyyat nəticəsində 613 azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, 1300-ə yaxın adam girov götürülmüş, 150 Xocalı sakini isə itkin düşmüşdür.

V.Əliyev vurğulayıb ki, ümumilikdə, bu münaqişədə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4 mindən çoxdur. Onlardan 900 nəfərə yaxını haqqında məlumatlar əldə edilib, 550-dən artıq adamın əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyənləşdirilib. Münaqişə dövründə 1400-dən artıq azərbaycanlı əsirlikdən azad olunub.

“Tam səmimi deyirəm ki, bu kitabı oxumaq çox çətindir, adamdan bütün iradəsini toplamağı, dözümlü olmağı tələb edir. Həmin insanların faciəsi yalnız İkinci Dünya müharibəsi zamanı faşist düşərgələrində əsirlərə verilmiş işgəncələrlə müqayisə oluna bilər. Çox təəssüf ki, bu gün dünyada mövcud olan ikili standartlar nəticəsində bu vəhşilikləri törədənlər nəinki cəzasız qalıblar, hətta Ermənistan rəhbərliyində təmsil olunurlar”, - deyə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri bildirib.

Sektor müdiri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ardıcıl siyasət yürüdür və bu sahədə mühüm nailiyyətlər əldə olunub. Bunlardan ən əsası odur ki, bu gün dünya ictimaiyyəti Ermənistanı işğalçı ölkə kimi tanıyır. Erməni lobbisi əvvəlki dövrdə olduğu kimi, informasiya vakuumu yarada, həqiqətləri gizlədə və təhrif edə bilmir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bu kampaniya sayəsində artıq 10 ölkənin parlamenti Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

“Cəhənnəmdə böyük çığırtı” kitabının çox lazımlı, zəruri bir iş kimi qiymətləndirən Vüqar Əliyev nəşrin xarici dillərə tərcümə olunmasının və yayılmasının vacibliyini söyləyib.

Tədbirdə Milli Məclisin deputatları Hadı Rəcəbli, Musa Qasımlı, Rafael Cəbrayılov, əsirlikdən azad olunmuş, kitabda başına gələnlərdən söz açılan Müşfiq Əliyev və Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək kitabın məziyyətlərindən danışıb və bu işdə əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Sonda bütün iştirakçılara təşəkkürünü bildirən kitabın müəllifi Vüsalə Məmmədova deyib ki, bu layihəni davam etdirərək növbəti kitabların hazırlanmasına çalışacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib