Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Cəlal Qurbanov: Milli birliyimiz üçün, hamı Vətən deyəcək! VİDEO

“Yaşa, yaşa, Azərbaycan!”da yaşayan milli ruh

Bakı, 20 iyun, Abdulla Suvar, AZƏRTAC

Onun şeirləri Vətən haqqında yazılan ən yaxşı nəğmələrdir. Cəlal Qurbanovun poetik təxəyyülündən süzülən həmin misralarda vətənin həm dünəni var, həm də sabahı. Bəlkə də 10 yaşında əlinə qələm alıb ilk şeirini yazanda onun heç ağlına belə gəlməzdi ki, vaxt gələcək bu misralar nəğməyə çevrilib dodaqdan-dodağa, dildən-dilə düşəcək, el-el, oba-oba bütün məmləkəti dolaşacaq. “Körpələrin səsi”, “Sən Azərbaycanlısan”, “Zəfərə doğru”, “Qarabağın səsi”, “Say Hallelujah”, “Əsgər marşı” və digər möhtəşəm, yaddaqalan layihələri ilə milyonların sevimlisinə çevrilən Cəlal Qurbanov həm də şeirləri ilə əsl vətəndaşlıq mövqeyini, Vətən, torpaq sevgisini insanlarla bölüşür. Onun şeirləri əsasında hazırlanan bu layihələr minləri, milyonları bir araya gətirir. Həmin layihələrdə torpaq itkisi ilə barışa bilməyən, onu yağı tapdağından azad etməyə hər an hazır olan cəsur Vətən oğlunun şücaəti, qəhrəmanlığı, dözümü, mübarizəsi ilə yanaşı, həm də müharibələrə son qoyulmasını arzulayan sülhsevər bir çağırış boy göstərir. Son günlər ifa olunan onun “Yaşa, yaşa, Azərbaycan!” şeirinə Rauf Məmmədovun bəstələdiyi musiqi möhtəşəmliyi ilə daha çox diqqəti cəlb edir. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş “Yaşıl Teatr” Bakı Konsert Kompleksində təqdim olunan “Fire Land Production”un yeni ərsəyə gətirdiyi əsər gecəyə təşrif gətirənlərə sanki bir himn təsiri bağışladı. Ölkənin aparıcı telekanallarında yayımlanan bu konsert proqramında təqdim olunan “Yaşa, yaşa, Azərbaycan!” mahnısı bu gün dillər əzbərinə çevrilib...

AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvi, nəğməkar şair Cəlal Qurbanovun “Yaşa, yaşa, Azərbaycan!” layihəsinin təqdimatının bu ilin sentyabrında reallaşacağı gözlənilir. Hazırda yaradıcı qrup həmin layihə üzərində yaradıcılıq işləri aparır.

“Can vermişik canımızdan, qan vermişik qanımızdan, bu canımız sənə hər an, qurban olsun Azərbaycan!”, - deyən şairin layihəsinin uğurlu alınacağına böyük inam var.

Cəlal Qurbanov “Fire Land Production" komandası və öz adından möhtəşəm layihəyə dəstək olan Bakı Şəhər İcra Hakimiyyətinə, o cümlədən hər zaman vətənpərvər və dövlətçilik ruhunda olan layihələrə diqqətini və dəstəyini əsirgəməyən Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürünü bildirib.

O deyib: “Vətənə ünvanlanan sevgidən bəhs edilən layihədə Xalq artistləri Alim Qasımov, Rasim Balayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, gənc xanəndə Mirələm Mirələmova və xüsusi ilə “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinova xüsusi təşəkkür edirəm. Əlbəttə, layihənin araya-ərsəyə gəlməsi üçün hər kəs əlindən gələni etdi, amma Natiq Şirinov bu mahnı üçün bir neçə gün yuxusuz gecələr keçirdi. Bir daha bu işdə zəhməti keçənlərin hər birinə dərin təşəkkürümü bildirirəm”

Onun şeirə, sözə bağlılığı təkcə doğulduğu ocaqla yox, həm də suyunu içdiyi, havasını udduğu Xızı torpağı ilə bağlıdır. Ruhunda gəzdirdiyi Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Cabir Novruz sevgisi onu uşaqlıqdan sözün sehrinə salıb. Təsadüfi deyil ki, indiyədək onun yüzə yaxın şeirinə musiqi bəstələnib, sözlərinə yazılmış bəstələr əsasında 10-dan çox layihə reallaşıb.

Vətəni sevməyin imandan olduğunu çox yaxşı bilən şair heç də əbəs yerə demir ki, insan üçün ən ali duyğu Vətən, yurd sevgisidir! O, Vətən, torpaq, bayraq barədə yazdığı şeirlərdə qəlbində çağlayan bu sevgi və məhəbbəti aşılamağı, dinləyiciyə çatdırmağı bacarır. Qələmə aldığı şeirlərdə onun səmimiliyi, qəlb yanğısı özünü qabarıq şəkildə göstərir.

Cəlal Qurbanovun yaradıcılığında Vətən sevgisi, torpağa bağlılıq, ülvi, pak hislərlə yanaşı, Qarabağımızın ağrı-acısı da öz əksini tapıb. Bəlkə də elə buna görə o, gəncləri vətənpərvərliyə səsləyən şeirləri daha çox qələmə alır. Həmin mövzuda yazdığı şeirlərə bəstələnən mahnılarda isə birliyə, sülhə çağırış səsi daha güclüdür.

Cəlal Qurbanov Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə və qalibiyyət marşlarının sədaları altında üçrəngli bayrağımızın Xankəndidə dalğalanacağına inanır. Elə bu inamla da yazır: “Ey türk oğlu, orda səni səsləyən var, gözləyən var, sənə ümid bəsləyən var. Qalx ayağa birdəfəlik de sözünü, darda qalan Qarabağın qoyma yolda sən gözünü”.

Ona belə layihələrin reallaşmasında, xüsusilə də vətənpərvərlik mövzusunda layihələrin hazırlanmasında Gənclər və İdman, Təhsil nazirlikləri, “ASAN xidmət”, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi hər zaman dəstək olur.

Uzun illərdən bəri tanınmış bəstəkarlarla işləyən Cəlal Qurbanovun sözlərinə yazılmış musiqi əsərləri ölkəmizin ən tanınmış ifaçılarının repertuarına daxildir.

“Vətənə həsr olunmuş nəğmələrdəki yurd sevgimiz, torpaq sevgimiz milli birliyimizdən qaynaqlanır. Gəlin hər zaman bir olaq, yumruq olaq. Əminəm ki, çox yaxın bir zamanda qüdrətli vətən övladlarının bu əzəmətli birliyi Şuşamızda nümayiş olunacaq. İşğal olunan torpaqlarımızı azad edəcəyik. Bax, o zaman məharətimizi və qalibiyyətimizi bütün dünya alqışlayacaq. Musiqimiz daha yüksək, sözümüz daha ötkəm səslənəcək. O gün yaxındadır. Gücümüz, heç şübhəsiz, birliyimizdədir”, -deyə həmsöhbətim vurğulayır.

Onunla söhbət əsnasında öyrəndik ki, hər bir şeirə yeni layihənin başlanğıcı kimi baxan şairi hələ qarşıda çox uğurlar gözləyir. İnanırıq ki, qəlbindəki böyük Vətən sevgisi olan bu nəğməkar şair ürəyi torpaqlarımızın azadlığı eşqi ilə döyünən hər kəsi sevdirəcək...

Cəlal Qurbanov: Milli birliyimiz üçün, hamı Vətən deyəcək! VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb