DÜNYA


Cənubi Koreya əhalisinin 87 faizi Kim Çen Inın Seula mümkün səfərini alqışlayır

Bakı, 25 sentyabr, AZƏRTAC

Cənubi Koreya əhalisinin böyük əksəriyyəti KXDR lideri Kim Çen Inın Seula mümkün səfərini müsbət qiymətləndirir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat KBS telekanalının nümayiş etdirdiyi sosioloji sorğunun nəticələrində öz əksini tapıb. Sorğuya əsasən, cənubluların 83 faizi Pxenyanda keçirilən koreyalararası sammitin nəticələrindən razı qalıb. Rəyi soruşulanların 87 faizi Kim Çen Inın Seula mümkün gəlişini alqışlayır, cəmi 10 faizi bunun əleyhinə çıxır.

Respondentlərin 55 faizi hesab edir ki, sammit sayəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində real imkan yaranıb. Cənubi koreyalıların 39 faizi isə bu fikrə şərik deyil.

Sorğuda iştirak edənlərin 72 faizi Koreya Respublikasının Prezidenti Mun Ce-inin fəaliyyətini müsbət, 25 faizi isə mənfi qiymətləndirir. Onun dövlət başçısı postunda əsas

uğurları sırasında koreyalararası münasibətlərin inkişafı və xarici siyasəti, uğursuzluqları sırasında isə iqtisadi və sosial problemlər əsas götürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.