ELM VƏ TƏHSİL


Ceyhun Bayramov: “EduExpo” təhsil sahəsində yeni layihələrin həyata keçirilməsinə töhfə verəcək

Bakı, 10 oktyabr, AZƏRTAC 

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi - “EduExpo” təhsil sahəsində gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə dəyərli töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Təhsil naziri Ceyhun Bayramov 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimində jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, builki sərgidə 22 ölkədən 150-dən çox təhsil strukturu təmsil olunur.

Ceyhun Bayramov qeyd edib ki, Təhsil Nazirliyi hər il olduğu kimi, bu il də sərgidə həm təhsilin məzmunu, həm də müasir təhsil texnologiyalarını əhatə edən stendlərlə geniş pavilyonda təmsil olunur. Sərgidə “Rəqəmsal bacarıqlar” layihəsi, “Univerium” yataqxanası, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyaları Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər, eləcə də təhsil sisteminin bütün səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin yaradılması məqsədini daşıyan “Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi”, habelə təhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan Təhsil Nazirliyinin “Təhsil TV” onlayn telekanalı kimi layihələri nümayiş olunur. Sərgidə, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi iştirak edir.

“Sərgi çərçivəsində müxtəlif tədbirlər də təşkil olunacaq. İnanıram ki, sərgi iştirakçıları gözlədikləri nəticələrə nail olacaqlar. Eyni zamanda, ziyarətçilər sərgidən maraqlı informasiyalar əldə edəcəklər”, - deyə Ceyhun Bayramov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.