ELM VƏ TƏHSİL


“Cinayət hüququ, xüsusi hissə” dərsliyi çapdan çıxıb

Bakı, 18 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Məhəmməd İmanlının “Cinayət hüququ, xüsusi hissə” dərsliyi çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, cinayət hüququnun xüsusi hissəsinə dair tədris proqramına uyğun yazılmış kitab üç hissədən ibarətdir. Birinci hissədə Azərbaycan Respublikası cinayət hüququnun xüsusi hissəsinin sistemi araşdırılır və Cinayət Məcəlləsinin xüsusi hissəsinin fəsilləri üzrə bütün cinayət tərkiblərinin cinayət-hüquqi xarakteristikası verilir. İkinci hissədə Cinayət Məcəlləsinin xüsusi hissəsinin ayrı-ayrı maddələrində verilmiş konkret cinayət tərkiblərinə aid misallar əksini tapıb. Üçüncü hissədə isə cinayət hüququnun xüsusi hissəsinin müxtəlif məsələlərinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarından çıxarışlar və Cinayət Məcəlləsinin xüsusi hissəsinin bəzi normalarının şərhi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarından çıxarışlar yerləşdirilib.

Kitab cinayət hüququnun xüsusi hissəsinə daxil olan cinayət tərkiblərinin qanunun nəzərdə tutduğu mənada qavranılmasında, cinayət hüququ normalarının təcrübədə düzgün tətbiq olunmasında hüquqşünaslara kömək edəcək.

Vəsait hüquqşünaslıq ixtisası üzrə dərs keçən müəllimlər, habelə təhsil alan tələbələr, müdavimlər, doktorantlar, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan şəxslər, məhkəmə, prokurorluq, vəkillik, istintaq orqanlarının əməkdaşları və hüquq sistemi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.