Coğrafiya İnstitutu əməkdaşlarının Qarabağ qazisi ilə görüşü
AzerTAg.az
Bakı, 15 fevral, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Həmkarlar Təşkilatının təşəbbüsü ilə Qarabağ qazisinin ailəsinə dəstək olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qazi Anar Məmmədzadənin anası ilə görüşən ziyarətçilər Vüsalə xanımdan oğlunun Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralandığını və hazırda xəstəxanada müalicə aldığını öyrəniblər. A.Məmmədzadə ilə telefon əlaqəsi saxlayan qonaqlar onun qayğıları ilə maraqlanıb, onun kimi döyüşlərdə igidlik göstərən qəhrəman Vətən övladları ilə qürur duyduqlarını dilə gətirərək bütün qazilərimizin tezliklə sağlam həyata qovuşmalarını arzu ediblər.
Anar Məmmədzadə və anası onlara göstərilən diqqət və dəstəyə görə institutun kollektivinə dərin minnətdarlığını bildirib. Ziyarətə gələnlər, öz növbəsində, Vətən uğrunda canlarını qurban verməyə hazır olan igid oğullara, onların doğmalarına hər zaman borclu olduqlarını deyiblər.

Xəbərin mətnində orfoqrafik səhv var