MƏDƏNİYYƏT


“Corral de Comedias” teatrı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilə bilər

Madrid, 18 yanvar, AZƏRTAC

İspaniyanın Syudad-Real əyalətindəki Almaqro şəhərinin şurası yanvarın 18-də elan edib ki, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün ölkənin ən qocaman teatrlarından birinin - “Corral de Comedias”ın namizədliyini təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, Alkala-de-Enaresdə yerləşən “Corral de Comedias” teatrı 1601-1602-ci illərdə inşa olunub. Bu teatr Avropada zəmanəmizə gəlib çatmış ən qocaman teatrlardan biridir. Teatrın memarı Fransisko Sançes olub. Teatrın binası Avropa memarlığının unikal əsəridir, çünki bu teatrın səhnəsində dörd əsr ərzində tamaşalar oynanılıb. Açıq səma altında yaradılan teatrın dekorasiyaların əvəzlənməsi üçün mexanizmi və orkestr üçün yeri var.

Teatrın namizədliyi yanvarın 25-də Madriddə 39-cu Beynəlxalq Turizm Sərgisində təqdim ediləcək.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.