DÜNYA
DAHA BİR “RUSLAN” HƏBS OLUNDU
AZƏRTAC-ın Kiyevdəki müxbiri xəbər verir ki, Ukraynanın An-124 (“Ruslan”) nəqliyyat təyyarəsi İsveç Arbitraj Məhkəməsinin qərarı ilə Belçikanın paytaxtı Brüssel şəhərinin Melsbrek hərbi hava limanında tutulub saxlanılmışdır. Təyyarə Kiprin “TRMEnergy” firmasına Ukraynanın 62 milyon dollar borcu olması ilə əlaqədar onunla maliyyə mübahisəsi nəticəsində “həbs olunmuşdur”.
“Ruslan” Əfqanıstana humanitar yüklər daşımaq üçün icarəyə götürülmüşdü. Qeyd edək ki, bu, Antonov adına Elmi-Texniki Aviasiya Kompleksinin dövlət borclarına görə xaricdə həbs olunmuş artıq ikinci təyyarəsidir.
Ukrayna XİN-in mətbuat xidməti bildirmişdir ki, hazırda Belçikanın aviasiya idarəsinin rəhbərləri, Antonov adına ETAK və təyyarəni icarəyə götürən tərəf arasında danışıqlar gedir.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [14:03]
Qazaxıstan Türkiyə ilə gömrük nəzarəti prosedurunu sadələşdirir
- 23.09.2023 [13:49]
Fransada etiraz nümayişləri yenidən alovlanır
- 23.09.2023 [13:10]
Avropada dizel yanacağı bahalaşıb
- 23.09.2023 [11:53]
Co Bayden avtomobil sənayesi işçilərinin piketinə qoşulacaq
- 23.09.2023 [10:39]
NASA təhlükəli asteroidin Yerlə toqquşa biləcəyi barədə xəbərdarlıq edib
- 23.09.2023 [09:04]