CƏMİYYƏT


DİN: Keçən il “Təhlükəsiz şəhər” sisteminin imkanları ilə 575 cinayətin üstü açılıb

Bakı, 22 yanvar, AZƏRTAC 

Keçən il Daxili İşlər Nazirliyinin 102 Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2039 cinayətin üstü “isti izlər”lə açılıb, 7556 hüquqazidd əməlin qarşısı alınıb. Hesabat dövründə “Təhlükəsiz şəhər” sisteminin imkanları ilə 575 cinayətin üstü açılıb.

AZƏRTAC xəbər verir ki, bunu yanvarın 22-də Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov deyib.

Nazir, həmçinin təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi sahəsində görülmüş tədbirlərlə 3608 nəfərin tutulduğunu diqqətə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.