DÜNYADA ACLIQDAN ƏZİYYƏT ÇƏKƏNLƏRİN SAYI ARTIR
Planetimizdə aclıqdan əziyyət çəkən insanların sayı artaraq 842 milyona çatmışdır. AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fakt BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hazırladığı xüsusi məruzədə öz əksini tapmışdır.
Aclıqdan əziyyət çəkən insanların yaşadığı ölkələr sırasında ilk növbədə Hindistan, Pakistan, İndoneziya və Nigeriyanın adı çəkilir. Məruzədə qeyd olunur ki, dünyada insanları doyurmaq üçün kifayət qədər ərzaq vardır. Aclıq probleminin həlli üçün yalnız siyasi iradə tələb olunur.