REGİONLAR
Dahi Üzeyir Hacıbəylinin yaratdığı əsərlər bütün bəşəriyyət üçün dəyərli mənəvi sərvətdir
AZƏRTAC xəbər verir ki, klub və kitabxanalarda, uşaq musiqi məktəbində Milli Musiqi Gününə həsr edilən sərgilər təşkil olunub, təntənəli mərasim və “dəyirmi masa”lar keçirilib.
Tədbirlərdə Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, milli musiqi xəzinəsinə bəxş etdiyi dünya şöhrətli əsərlər barədə ətraflı danışılıb. Qeyd olunub ki, bu dahi insanın yaratdığı əsərlər təkcə öz xalqı üçün deyil, həm də bəşəriyyət üçün olduqca dəyərli mənəvi sərvətdir. Onun bəstələdiyi Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri olan “Koroğlu” operası həm də dünya musiqi xəzinəsinin incilərindəndir.
Milli Musiqi Günü çərçivəsində keçirilən tədbirlərdə uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin, habelə yerli musiqiçilərin ifalarında Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr səsləndirilib.