REGİONLAR
Dayanma-durma qaydalarını pozan sürücülər barədə protokol tərtib olunub
Kürdəmir, 12 aprel, AZƏRTAC
Kürdəmirdə rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol polisi əməkdaşları reyd zamanı şəhərin müxtəlif ərazilərində, xüsusilə avtomobillərin daha çox hərəkətdə olduğu və saxlandığı küçə və prospektlərin kənarında dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıblar. Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.