Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Daysuke Hayaşi: Azərbaycan səyahət üçün çox maraqlı ölkədir VİDEO

Tokio, 12 aprel, AZƏRTAC 

Yaponiyanın geniş tamaşaçı auditoriyasına malik “TV Asahi” televiziya kanalında martın 1-dən 31-dək “Azərbaycan - gələcəyin ölkəsi” adlı xüsusi videoçarx nümayiş etdirilib. AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Azərbaycanın müxtəlif yerlərinə həsr olunan və ay ərzində hər iş günü nümayiş etdirilən həmin videoçarxın müəllifi, “Telecom Staff Inc.” şirkətinin direktoru Hayaşi Daysuke ilə görüşərək ondan müsahibə alıb. Müsahibəni təqdim edirik.

- Cənab Daysuke, “TV Asahi” telekanalında Azərbaycan haqqında sizin müəllifi olduğunuz reklam çarxı bir ay nümayiş etdirildi. Necə oldu ki, belə bir videoçarx hazırlamaq qərarına gəldiniz?

- Doğrusunu deyim ki, Azərbaycan mövzusu son illər Yaponiyada çox geniş əks-səda doğurub. Ölkəniz haqqında heç bir məlumatım olmasa da, Azərbaycanı yaxından öyrənmək və həmvətənlərimə daha ətraflı tanıtmaq məqsədilə belə bir videoçarx hazırlamaq qərarına gəldim.

- Çəkiliş zamanı Azərbaycanın hansı yaşayış məntəqələrində oldunuz? Bu yaşayış məntəqələrini hansı əlamətlərinə görə seçdiniz?

- Qeyd etdiyim kimi, Azərbaycan barədə məlumatım olmadığına görə, əvvəlcədən marşrutun planını hazırlamaq çox çətin idi. Buna görə də qərara gəldim ki, məhz Bakıya çatdıqdan sonra bunun üzərində işləyim. Yəni, maraqlı yerləri, tarixi abidələri, zəngin təbiəti, mədəniyyəti olan əraziləri müəyyənləşdirim və həmin istiqamətlərdə çəkilişlər aparım. Bir də mən adi vaxt heç kimin diqqətini cəlb etməyən məqamlar barədə də məlumatlar toplamaq niyyətində idim.

Haqqında çox eşitdiyim Qafqaz dağları mövzusu məni çox cəlb edirdi. Xüsusən bu dağların arasında yerləşən və insanların uzaq keçmişdən bəri yaşadığı kəndlər, onların həyat tərzi, mədəniyyəti ilə bağlı çəkilişlər aparmaq istəyirdim. Düşündüm ki, xüsusən İpək yolu üzərindəki yaşayış məntəqələri bu baxımdan çox maraqlı ola bilər. Marşrutun seçilməsində Misirdə turizm sahəsində çalışan, Bakını yaxşı tanıyan yapon dostum və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı mənə kömək etdilər. Bakıdan başladığım yol Sumqayıt, Şamaxı, Quba, Qəbələ, İsmayıllı, Şəki, Gəncə, Göygöl və Lerik kimi şəhər və rayonlardan keçdi. Orijinallığı ilə seçilən qədim Xınalıq kəndi də daxil olmaqla, Azərbaycanda gördüyüm yaşayış məntəqələri, yerli sakinlərin səmimiyyəti məni heyran etdi.

-Çəkiliş boyunca hansı maraqlı məqamlarla qarşılaşdınız, gördüyünüz yerlərdən hansı sizdə daha çox təəssürat doğurdu?

- Düzünü deyim ki, gəzdiyim bütün rayonlar, kəndlər müasir inkişafı, yeni infrastruktur layihələri ilə diqqəti cəlb edirdi. Xüsusən Qəbələ mənim daha çox xoşuma gəldi. Burada müasir turizm, insanların istirahəti və əyləncəsi üçün hər cür şərait var. Xizəklə sürüşmə mərkəzi ilə tanış olarkən mənim diqqətimi onun arxasında yerləşən kənd cəlb etdi. Kəndin adı Daşca idi. Bu kənddə bizə dedilər ki, cümə günü olduğuna görə kişilər məsciddədirlər. Biz də oraya yollandıq. Kənd camaatı bizi çox böyük qonaqpərvərliklə qarşıladı, çay, yemək təklif etdi. Düzü, yerli sakinlərin dünyanın sonu sayılan Yaponiyadan gəlmiş, ilk dəfə gördükləri, tanımadıqları insana göstərdikləri diqqət və qonaqpərvərlik məni heyran etdi. İslam dini ilə əlaqədar dünyada gedən proseslər, yaponların bu dinə münasibəti barədə suala cavab olaraq bildirdim ki, bu din həqiqətən xeyirxahlıq, mərhəmət, insanlar arasında birlik və bərabərlik kimi amallara xidmət edir və bu, mənim çox xoşuma gəlir. Mənim bu cavabım onları qane etdi və həmin söhbət mənim özümə də çox xoş təsir bağışladı. Düşünürəm ki, həmin görüş heç vaxt mənim yadımdan çıxmayacaq. Ümumiyyətlə, qeyd edim ki, Azərbaycan tolerantlığı ilə də diqqətimi cəlb etdi. Burada müxtəlif dinlərə sitayiş edənlər çox mehriban qonşuluq şəraitində yaşayırlar. Mən bunu videoçarxda da göstərməyə çalışmışam.

Bir də Lerik rayonunda Uzunömürlülər muzeyini heç vaxt unutmayacağam. Yaponiya bütün dünyada uzunömürlü insanlar ölkəsi kimi tanınsa da, düşünürəm ki, Azərbaycana çata bilməz. Çəkiliş zamanı tanış olduğum 107 yaşlı Lerik sakini xüsusən məndə xoş təəssüratlar oyatdı. Bu insan çox səmimi, mehriban və gülərüz idi. Söhbətimiz zamanı onun tükənməz enerjisi daim hiss olunurdu.

- Bəs çəkiliş zamanı hansısa çətinliklərlə qarşılaşdınızmı?

- Səmimi deyim ki, həm səfər, həm də çəkilişlər zamanı heç bir çətinliklə, problemlə qarşılaşmadıq. Hər yerdə insanlar bizi çox mehriban, səmimi, xüsusi qonaqpərvərliklə qarşılayırdılar. Bəzi islam ölkələrindən fərqli olaraq, sizin insanlar kameradan qaçmır, çəkilişdən imtina etmirdilər. Onların xoş münasibəti, gülən simaları bizi daha həvəslə işləməyə ruhlandırırdı. İstər kişilər, istər qadınlar, istərsə də uşaqlar bizimlə məmnuniyyətlə söhbət edir, suallarımızı ətraflı cavablandırırdılar. Bu, videonun üzərinə oxunacaq mətni hazırlamağa çox kömək etdi. Məhz bu məlumatlar əsasında mən özüm mətni hazırladım. Videoçarx işlənərkən isə həmin mətni Kabuki teatrının məşhur aktyorlarından olan Bandou Mineske oxudu.

- Azərbaycan, onun paytaxtı Bakı, olduğunuz rayonlar ümumilikdə sizə necə təsir bağışladı?

- Azərbaycan ərazi cəhətdən çox böyük ölkə olmasa da, əsrarəngiz təbiəti, möhtəşəm dağları, gözəl meşələri ilə diqqəti cəlb edir. Burada hər bir rayon öz təbii şəraiti - yüksək dağları, yamacları və ya düzənlikləri ilə diqqəti cəlb edir. Bu baxımdan, düşünürəm ki, Azərbaycana dəfələrlə səfər etmək və hər dəfə yeni videoçarxlar hazırlamaq olar.

Bakıya gəlincə, həqiqətən də çox möhtəşəm, gözəl paytaxtınız var. Məni ən çox təəccübləndirən həm paytaxtda, həm də digər yaşayış məntəqələrindəki təmizlik, səliqə-sahman oldu. İçərişəhər isə insanı sanki bir anın içində uzaq keçmişə aparır. Buranı kifayət qədər gəzməyə vaxtım olmadığına görə hələ də təəssüf hissi keçirirəm. Böyük məmnuniyyətlə bu yerdə günlərlə qalardım.

- Azərbaycanla bağlı növbəti layihələriniz, perspektivlər barədə nə deyə bilərsiniz?

- Qeyd etdiyim kimi, Azərbaycan öz gözəlliyi, tarixi, müasirliyi və insanları ilə məni heyran etdi. Mən böyük məmnuniyyətlə yenidən bu ölkəyə səfər edərək görmədiyim yerlər haqda yeni filmlər hazırlamaq istərdim. İşlədiyim proqramlardan biri velosipedlə dünyanı səyahət etməyi və qarşılaşdığımız yerlər barədə videoçarxlar hazırlamağı planlaşdırır. Çox istəyirəm ki, həmin proqram çərçivəsində yenidən Azərbaycana səfər edim və daha rəngarəng çəkilişlər aparım.

- Maraqlı müsahibəyə görə çox sağ olun.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Daysuke Hayaşi: Azərbaycan səyahət üçün çox maraqlı ölkədir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir