CƏMİYYƏT


Dələduzluqda şübhəli bilinən qadın saxlanılıb

Bakı, 12 sentyabr, AZƏRTAC 

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan üç nəfər 2018-ci ilin sentyabrından cari ilin mayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15,9 min ABŞ dolları və 800 manat pullarını aldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də məlum olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.