REGİONLAR
Dənli və dənli paxlalı bitkilərin əkin sahəsindən 6,3 faiz çox məhsul götürülüb
Bakı, 20 noyabr, AZƏRTAC
Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Cari il noyabrın 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 milyon 39,5 min hektar əkin sahəsinin 1 milyon 38,9 min hektarı biçilib və həmin sahələrdən 3 milyon 249,4 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çox məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta hesabla hər hektardan 31,3 sentner məhsul yığılıb.
Bundan əlavə, 31,9 min hektar dən üçün qarğıdalı sahəsindən 227,4 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 71,3 sentner qarğıdalı dəni götürülüb.
Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 476,8 min ton olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]