Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Deportasiya: Qədim türk yurdu Ermənistan necə azərbaycanlısızlaşdırıldı?!

Deportasiya: Qədim türk yurdu Ermənistan necə azərbaycanlısızlaşdırıldı?!

Bakı, 21 yanvar, Rauf Hacıyev, AZƏRTAC

1920-ci il aprelin 28-də Azərbaycanda, noyabrın 29-da isə vaxtilə Qafqaza gəlmə etnos olan ermənilər üçün qədim türk torpaqlarında qurulmuş Ermənistanda sovet hakimiyyəti qalib gəldi. Bundan sonra Cənubi Qafqazın inzibati bölgüsü yeni siyasi-coğrafi şəkil aldı. Həmin vaxtlar bölgənin yeni xəritəsinin meydana gəlməsi ermənilərin Moskvada olan köməkçilərinin və himayəçilərinin əli ilə həyata keçirilirdi. Azərbaycan sovetləşdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin siyasi coğrafiyasında əsaslı dəyişikliklər edildi. Belə ki, Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Zəngəzur, Göyçə, Dərələyəz, Qaraqoyunlu mahalları Ermənistanın tərkibinə daxil edildi. Bölgənin siyasi xəritəsinin yenidən cızılması nəticəsində ilk olaraq 29,8 min kvadratkilometrlik ərazi Ermənistana verildi.

Bununla da ermənilərin Azərbaycan torpaqlarına olan aşkar iddiaları və öz himayədarlarına arxalanaraq kəskin hərbi müdaxiləsi o zamana qədər az rast gəldiyimiz dinc, lakin daha təhlükəli forma almağa başladı.

1930-cu il sentyabrın 9-da, Ermənistan SSR ərazisinin yeni ərazi-inzibati bölgüsünə, rayonlaşdırılmasına başlandı. Bu prosesdə məqsədyönlü şəkildə azərbaycanlıların yaşadıqları kəndlər bir-birindən ayrı salınırdı. Azərbaycanlıların mütləq əksəriyyət təşkil etdikləri bölgələr bir neçə rayona bölünərək perspektivsizləşdirildi. Ermənilərin az-çox məskunlaşdıqları bölgələrdə yaradılmış rayonların ərazisi böyüdülməyə və maddi-texniki bazası möhkəmləndirilməyə başlandı. Ermənilərin yaşayış məntəqələrini yeni ərazi inzibati vahidin (rayonun) mərkəzi təsdiq edərək, azərbaycanlıların yaşadıqları daha böyük kəndləri onlardan asılı vəziyyətə saldılar.

1935-ci il yanvarın 3-dən etibarən Ermənistan ərazisindəki türk mənşəli toponimlərin kütləvi şəkildə dəyişdirilməsinə və erməniləşdirilməsinə başlanıldı. Bu, Ermənistan SSR Ali Sovetinin qərarı ilə həyata keçirilən dövlət təşəbbüsü idi. 1991-ci ilin avqustunda Ermənistan ərazisindəki sonuncu azərbaycanlı kəndi - Mehri rayonunun Nüvədi kəndi tərk edildikdən sonra Ermənistanda artıq nə bir azərbaycanlı, nə də azərbaycanlıların yaşadığı yer qaldı. Ermənilər SSRİ-nin dağılmasınadək respublikadan başqa millətlərin nümayəndələrini qovaraq, türksüz, kürdsüz və russuz monoetnik dövlət yaratdılar. Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indiki Ermənistan dövləti üçün ərazi oldu.

SSRİ rəhbəri İ.B. Stalinin bəd əməlləri ilə bağlı olan 1930-cu illərin məlum repressiyası da Ermənistanda yerli Azərbaycan türklərinə qarşı təqib və təzyiq üçün erməni rəhbərliyinin əlində bir vasitəyə çevrildi. On minlərlə azərbaycanlı həbs edildi, sürgünə göndərildi, güllələndi və ya başqa yerlərdə sığınacaq axtarmaq məcburiyyətində qaldı. Ermənistan hakimiyyəti sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdı. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı ǝhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

1948-ci ildən başlayaraq hiyləgər planların nəticəsi olaraq xaricdən Ermənistan SSR ərazisinə minlərlə erməni ailəsinin köçürülməsinə başlandı. Onların Ermənistana köçürülmələri, sadəcə, miqrasiya ehtiyacı ilə əlaqədar deyildi. Yeni köçürülənlərin Ermənistanda yerləşdirilməsi ilə həmin ərazilərdə yaşayan azərbaycanlılar sıxışdırıldı və əzəli yurd yerlərini tərk etməyə məcbur edildilər. Yerli əhalinin öz torpaqlarını tərk etməsi ilə paralel olaraq Azərbaycan toponimlərinin erməniləşdirilməsi də həyata keçirilirdi.

Bununla belə, ermənilər azərbaycanlıların yalnız Ermənistandan köçürülmələri ilə kifayətlənmirdilər. Belə ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Ermənistanda yaşayan Azərbaycan türklərinə qarşı növbəti tarixi cinayət oldu. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olundu.

Yüz minlərlə azərbaycanlı Ermənistanın dağlıq rayonlarından Azərbaycanın Kür-Araz ovalığına köçürüldülər. Köçürülənlərin Azərbaycanda yerləşdirilməsi ilə bağlı məsələ yerli rǝhbərliyə etibar edilmirdi. Qərarda hər şey göstərilirdi. “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərar verildi. Bu, faktiki olaraq sovet vətəndaşlarının öz hökuməti tərəfindən tarixi torpaqlarından deportasiyası idi.

Ermənilər Moskvada olan havadarlarının vasitəsilə köçkünlərin Azərbaycanın dağ bölgələrində, o cümlədən Qarabağda deyil, Aran rayonlarında yerləşdirilməsinə müvəffəq oldular. O zaman çoxları bu plana əhəmiyyət vermədi. Lakin min illər ərzində üç göl (Van, Göyçə və Urmiya) arasındakı yaylada, yüksək şaquli zonallıqda yaşamış insanların birdən-birə Azərbaycanın Aran rayonlarında yerləşdirilməsi onların yeni iqlim şərtlərinə dözməyərək ölümü ilə nəticələnirdi. Əslində, bu, azərbaycanlıların qırğınının dinc forması idi. Məhz buna görə o zaman ölənləri də erməni qırğınlarının qurbanları hesab etmək olar. Bütün bunlar uzun illər bundan əvvəl, azərbaycanlılar şübhələnmədiyi halda ermənilər və onların havadarları tərəfindən hazırlanmış hiyləgər ssenarinin əsas komponentləri idi.

Qədim türk yurdu Ermənistandan köçürülənlər bu coğrafiyanın yerli sakinləri-azərbaycanlılar idisə, Ermənistana xaricdən köçürülənlərin çoxu köhnə daşnaklar və ya onların Ayrikyan, Manuçaryan kimi davametdiriciləri, “Daşnaksütyun” partiyası MK-nın üzvünün qızı Silva Kaputikyan kimiləri idi.

Ermənilərin xaricdən köçürülmələrindən sonra onları yerləşdirmək adı altında 150 min nəfərdən çox azərbaycanlı ölkədən zorla köçürüldü. Onları heç bir təbii coğrafi amili nəzərə almadan gətirib minimum yaşayış şəraiti belə olmayan Mil-Muğan çöllərinə yerləşdirdilər. Bu tədbirlər nəticəsində Ermənistanda əhalinin say nisbəti ermənilərin xeyrinə dəyişməyə başladı. Həmin üsuldan ermənilər sonra da istifadə etdilər.

Ermənistandan azərbaycanlıların köçürülməsində aşağıdakı qaydalar tətbiq edilirdi: İlk növbədə, respublikanın paytaxtı İrəvan şəhəri və ona yaxın yaşayış məntəqələri azərbaycanlılardan təmizləndi. Sonra rayon mərkəzləri, onların ətrafındakı kənd və qəsəbələrin əhalisi köçürüldü. Bir çox rayonlarda əvvəlcə dəmir yolu xətləri və şose yolları üzərindəki yaşayış məntəqələri boşaldıldı. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı.

1988-ci ildə Ermənistanın azərbaycanlısızlaşdırılmasının son mərhələsi başlandı. O dövrdə Azərbaycan Respublikasının əvvəllər olduğu kimi, yenə də ermənilərin bu siyasətinə qarşı proqramı yox idi. Ermənistandakı azərbaycanlılar öz taleləri ilə üz-üzə qalmışdılar. Üç gün ərzində - noyabrın 27-dən 29-dək Ermənistanın bir sıra rayonlarında, xüsusilə Quqark (Böyük Qarakilsə), Spitak (Hamamlı) və Stepanavanda (Calaloğluda) dəhşətli cinayətlər törədildi. 1988-ci il ərzində Ermənistandan 200 min nəfərdən çox azərbaycanlı qovuldu, 185 yaşayış məntəqəsi boşaldıldı, 217 azərbaycanlı bu vəhşi aksiyanın qurbanı oldu.

Təəssüf ki, 1988-ci ildə Ermənistanda baş verənlər Cənubi Qafqazda sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin 70 ilədək bir dövrdə SSRİ-dəki havadarlarının vasitəsilə azərbaycanlılara qarşı törətdiyi cinayətlərin nəinki sonuncusu olmadı, əksinə, imperiyanın dağılması ərəfəsində yenə də xarici qüvvələrə arxalanan Ermənistan üçün bu dəfə Azərbaycan Respublikasının ərazisinə təcavüz və azərbaycanlılara qarşı daha dəhşətli cinayətlər törətməsi üçün bir başlanğıc oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

İtaliyada 4 bal gücündə zəlzələ olub

Metyu Miller: Etnik təmizləmə və ya soyqırımı kimi iddialar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil

Cənubi Koreyada it əti istehlakı qadağan edilir

“Sabah”ın baş məşqçisi: Qələbəmizi Azərbaycan basketboluna həsr edirik

İngiltərədə partlayış baş verib

Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyünün şərtlərini açıqlayıb

NASA-nın nümayəndəsi: “Bakıdakı belə möhtəşəm sərgidə iştirak etməkdən məmnunam

Cənubi afrikalı mütəxəssis: Biz Azərbaycandakı sənaye tərəfdaşlarımızı dəstəkləməkdən qürur duyuruq

Dövlət Vergi Xidməti hüquq və konsaltinq şirkətləri ilə onlayn görüş keçirib

Ağdam Dövlət Dram Teatrı 100-cü mövsümü “Dərs” tamaşası ilə açıb

Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər

İsrail rəsmisi: Son 20 ildə dünyada texnologiya sürətlə inkişaf edib

"Sabah" basketbol klubu Avropa Kubokundakı ilk oyununda qələbə qazanıb

Sergey Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik

Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür

Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tornikr Rijvadze: Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü Batumidə qeyd etdiyimizə görə çox şadıq

Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü ildə bugünkü qüdrətli, qalib Azərbaycanın təməli qoyulub

Latviyada tanınmış Azərbaycan rəssamının sərgisinin açılışı olub

Batumidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

İtaliya şirkətinin nümayəndəsi: Konqres bizə Azərbaycanda yeni tərəfdaşlar tapmağa imkan yaradır

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb VİDEO

TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən mötəbər platformadır

“Azərkosmos” rəsmisi: Kosmik sahəyə edilən yatırımlar gələcəyə edilmiş yatırımlardır

Nazir Ceyhun Bayramov: Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır

Bakıda "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiya işə başlayıb

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

“Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib

Ceyhun Bayramov Latviyanın Azərbaycana yeni təyin edilmiş səfiri ilə görüşüb

İraq mətbuatında Qarabağ barəsində məqalə dərc olunub

Yan Kubik: Çexiya dost Azərbaycanla əlaqələri bundan sonra da inkişaf etdirəcək

Xankəndi şəhərindəki poliklinikada ilk erməni sakinə zəruri tibbi xidmət göstərilib VİDEO

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-5 VİDEO

Elisso Bolkvadze: Böyük tarixi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkili bizim üçün olduqca mühümdür

Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir - ŞƏRH

“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” - təlim

Milli Məclisin 2023-cü il payız sessiyasının ilk plenar iclası keçirilib

Azərbaycanda daha 4 Bilim mərkəzi açılacaq VİDEO

Nazir Rəşad Nəbiyev “Roskosmos”un baş direktoru ilə görüşüb

“Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiya çap olunub

Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisi anılıb

Azərbaycanlı pilotlar və texniklər bütün dünyaya türkün gücünü göstərdilər

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat- SİYAHI

İran XİN Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib

İordaniyalı mühəndis: Azərbaycan Milli Aerokosmik Agentliyində keçdiyim təcrübə mənim üçün fərq yaradacaq

“QS Quacquarellı Symonds” Reytinq Agentliyi BDU-nun əməkdaşları üçün təlim keçirib

UNEC-in 41 tələbəsi “PAŞA Holdinq”in əlaçı təqaüdünü qazanıb

AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

Tanınmış astronavtlar BDU-nun tələbə və gənc tədqiqatçıları ilə görüşəcəklər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar

Uzun Həsən Bayandurun 600 illiyi münasibətilə elmi forum keçirilib

Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Ermənilər tərəfindən məscidlərimizin təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb

Tezliklə “Akıncı” pilotsuz uçuş aparatları Azərbaycana təhvil veriləcək

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Zəfərimizə kölgə salan hər bir şəxsin aqibəti Ruben Vardanyan kimi olacaq – AÇIQLAMA

Sentyabrın 25-dən oktyabrın 1-dək Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 380 yoluxma faktı qeydə alınıb

Kahramanmaraşın bələdiyyə sədri: Azərbaycan məhəlləsində inşa edilən mənzillər dördmərtəbəli olacaq

“Bayraktar Teknoloji Azərbaycan”da 20-yə qədər yerli mütəxəssis fəaliyyət göstərir

“Qarabağ”ın legioneri Liviya və Serbiya yığmaları ilə oyunlara dəvət alıb

AYNA növbəti elektron xidməti istifadəyə verib

MİDA-nın rəsmisi: Azərbaycanda 7 il ərzində 8463 ailə mənzillə təmin edilib

ABŞ-ın Puerto-Riko Dövlət Universitetinin professoru BDU-da elmi seminar keçirib

Bir sıra ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

® “Nar” metroda şəbəkəsini gücləndirir

Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib YENİLƏNİB VİDEO

Oktyabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsi

Şəhidlərə həsr olunmuş daha iki kitabın təqdimatı keçirilib

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib

Zaqatalada qumbaranın partlaması nəticəsində iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlanılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib

Emin Hüseynov: Azad edilmiş ərazilərimizdə sakinlərin məskunlaşması üçün çevik bərpa işləri aparılır

YARAT Müasir İncəsənət Mərkəzində Şəmistan Əlizamanlı ilə görüş təşkil olunub

İlon Mask Beynəlxalq Astronavtika Konqresində fərdi nominasiyada qalib elan olunub

Bəstəkarlar İttifaqında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

Bişkekdə Türk dünyasının görkəmli oğlu Heydər Əliyev haqqında kitab çap edilib

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

“Gəncə” voleybol klubu argentinalı məşqçi ilə anlaşıb

Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

AzMİU tələbələri Türkiyənin Ege və Bursa Uludağ universitetlərində təhsil alacaqlar

Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda

Çin energetika sektoruna investisiyaların həcmini 13,7 trilyon dollara çatdıracaq

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib

ADPU-da seminar: Heydər Əliyev - elm və təhsilin inkişafı

MN: Qarabağ bölgəsində 123 mina aşkar edilərək zərərsizləşdirilib VİDEO

Abşeronda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşib

“Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı olub

Haysam Əl-Qays: OPEC xam neftə tələbatın artması məsələsində nikbindir

257 nömrəli məktəbdə məktəbəhazırlıq qrupları ilə əlaqədar tədbir keçirilib

Azərbaycanda kosmik sənayenin inkişafı dövlət gəlirlərinin artırılması baxımından vacibdir

“Polis haqqında” Qanuna hansı dəyişikliklər təklif edilib?

DSX: Sentyabr ayında sərhəd rejim qaydalarını pоzduqlarına görə 912 nəfər saxlanılıb

Peşə məktəblərində ödənişli oxuyan müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Yuval Noah Harari: Süni intellektdən daha təhlükəsiz şəkildə necə istifadə edəcəyimizi düşünməliyik