MƏDƏNİYYƏT


Dmitri Peskov: Azərbaycan möhtəşəm ölkə, Bakı füsunkar şəhərdir

Bakı, 28 iyul, AZƏRTAC

Bakıda möhtəşəm musiqi bayramı - “Jara-2018” Beynəlxalq Musiqi Festivalı davam edir. Festivalı canlı izləmək üçün dünyanın müxtəlif ölkələrindən insanlar Bakıya gəliblər. Onların arasında tanınmış siyasi xadimlər də var. Belə simalardan biri də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovdur.

AZƏRTAC xəbər verir ki, festivalın ikinci gününün fəxri qonaqları sırasında olan Dmitri Peskov xanımı ilə qırmızı xalıdan keçib. Rusiya Prezidentinin mətbuat katibi aparıcının suallarını cavablandırarkən qeyd edib ki, Bakıda dəfələrlə rəsmi səfərdə olsa da, ilk dəfədir, buraya məzuniyyət vaxtında gəlib. O deyib: “Bu, xoşbəxtlikdir. Bakı gözəl şəhərdir”.

“Jara” festivalı ilə bağlı təəssüratlarını bölüşən Dmitri Peskov rusiyalı müğənnilərin Bakıya, ecazkar Azərbaycana gəlmələrini çox gözəl təşəbbüs kimi dəyərləndirərək deyib: “Azərbaycan tarixən gözəl, çoxmillətli, bizim estradanın çox sevildiyi bir ölkədir. Bizim artistlər buraya böyük məmnuniyyətlə gəlirlər. Buna görə də bu, çox əladır. Bu, olduqca gözəl təşəbbüsdür. Çünki Azərbaycan möhtəşəm ölkədir, Bakı füsunkar şəhərdir. Bizim Rusiyanın ulduzları, buraya hətta bir neçə günlük belə, böyük həvəslə gəlirlər və çox zəngin təəssüratla qayıdırlar. Deməli, biz bir-birimizi unutmuruq. Müasir dünyada bu, çox vacibdir”.

Əminliklə demək olar ki, üçüncü dəfə təşkil edilən “Jara” festivalı MDB məkanının ən çox sevilən və gözlənilən mədəni tədbirlərindən biridir. Mədəniyyət, musiqi xalqları bir-birinə daha da yaxınlaşdırır, insanlar arasında sülhü, sevgini və gözəl hissləri təbliğ edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.