MƏDƏNİYYƏT


“Don Kixot” baleti yenidən səhnədə

“Don Kixot” baleti yenidən səhnədə

Bakı, 30 dekabr, AZƏRTAC

Dekabrın 3-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Lüdviq Minkusun üçpərdəli “Don Kixot” baleti nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, libretto müəllifi Marius Petipa olan balet Xalq artisti Cavanşir Cəfərov tərəfindən idarə ediləcək.

Don Kixotun otağında xidmətçiləri hesab edirlər ki, ağaları cəngavər romanlarını çox oxuduğundan ağlını itirib. Don Kixot otağa daxil olur. O həmişəki kimi cəngavər romanı oxuyur və qəhrəmanların halına yanır. Gonbul və qarınqulu Sanço-Pansa qaçaraq gəlib onu xəyallarından ayırır. Sanço Pansa hardansa qaz oğurlayıb və qəzəblənmiş sahibələr onu izləyirlər. Don Kixot hər şeyi yoluna qoyur, birdən onun ağlına Sanço-Pansanı silahdaşıyanı eləmək və onunla sərgərdanlıq edib qəhrəmanlıqlar göstərmək gəlir.

Məşhur romandan ilhamlanaraq ərsəyə gələn bu balet şənbə günü üçün əvəzolunmaz istirahətə çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.