İQTİSADİYYAT
Doqquz ayda 3928,4 milyon manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınmışdır
Bakı, 6 dekabr (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, cari ilin 9 ayında 3928,4 milyon manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınmışdır. Qiymətli kağızlar bazarının ümumi emissiyasının 45,8 faizini səhmlər, 29,8 faizini Mərkəzi Bankın notları, 15,7 faizini dövlət istiqrazları, 9,2 faizini korporativ istiqrazlar və digər qiymətli kağızlar təşkil etmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu dövrdə Mərkəzi Bankın 234,9 milyon manatlıq notları, 324,8 milyon manatlıq səhmlər, 230,6 milyon manatlıq korporativ istiqrazları və 67,8 milyon manat dəyərində dövlət istiqrazı BFB-də keçirilmiş hərraclarda yerləşdirilmişdir.
Doqquz ayda nominal dəyəri 123,4 milyon manat olan səhm, 18 milyon manatlıq dövlət istiqrazı, 44 milyon manatlıq Mərkəzi Bankın notları və 461,3 milyon manatlıq korporativ istiqrazları tədavüldə olmuşdur.