REGİONLAR
Doqquz ayda Astarada süni mayalama yolu ilə 608 baş buzov alınıb
Astara, 31 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Heyvandarlıq Astara rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, bu ilin doqquz ayında rayonda 1464 baş inək və düyə süni yolla mayalanıb, 608 baş cinsi yaxşılaşdırılmış bala alınıb.
Qeyd edək ki, Astara rayonunda hazırda 5 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Doğulan hər buzova görə dövlət tərəfindən verilən subsidiya fermerlərin və fiziki şəxslərin inək və düyələrin süni mayalandırılmasına marağını artırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə
- 26.04.2024 [14:18]
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
- 26.04.2024 [12:33]
Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
- 26.04.2024 [12:03]
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb
- 26.04.2024 [12:01]