İQTİSADİYYAT
Dörd ayda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda azalma olub
Bakı, 21 may, AZƏRTAC
Yanvar-aprel aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 861,2 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, 2020-ci ilin müvafiq ayları ilə müqayisədə istehsalın həcmində 0,7 faiz azalma müşahidə olunub.
Cari ilin 4 ayında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların dəyəri 2,2 faiz artaraq 119,2 milyon manat təşkil edib.
Hesabat dövründə sənaye məhsulunun 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Aprel ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 faiz təşkil edib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi də mart ayı ilə müqayisədə 100 faiz olub.