DÜNYA


Dubay və Abu-Dabi Yaxın Şərqdə yaşamaq üçün ən əlverişli şəhərlərdir

Abu-Dabi, 17 avqust, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliyinin “The National” nəşri “The Economist Intelligence” tərəfindən aparılmış beynəlxalq tədqiqatın nəticələrinə istinadla bildirir ki, Dubay Yaxın Şərqdə yaşamaq üçün ən yaxşı şəhər hesab edilib.

AZƏRTAC xəbər verir ki, tədqiqata görə, Melburn yeddinci dəfə dünyanın yaşamaq üçün ən əlverişli şəhəri hesab olunub. Dubay isə reytinqdə Yaxın Şərq üzrə ən yüksək mövqeyi, ümumi siyahıda dünyanın 140 ölkəsi arasında 74-cü yeri tutub.

Yaxın Şərq və Şimali Afrika regionlarında Dubaydan sonra ikinci yerdə Təl-Əviv, üçüncü yerdə isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhəridir.

Tədqiqatda Dubaya verilən 74,7 faiz qiymət qlobal orta baldır və şəhərin qazanc baxımından ikinci səviyyədə olduğunu göstərir. Bu o deməkdir ki, şəhərdə gündəlik həyat tərzi qaydasındadır, lakin bəzi cəhətlər problem yarada bilər. Ümumiyyətlə, son beş ildə Dubay həyat şəraitinin yaxşılaşdırılmasının inkişafı baxımından əhəmiyyətli dərəcədə irəliləyib. Sabitlik, təhsil, mədəniyyət və infrastruktur sahələrində şəhərin cəlbediciliyi artıb. Lakin hesabat müəlliflərinin fikrincə, tibb və təhsil sahələrində yerli sakinlərə və miqrantlara göstərilən xidmətin fərqli olması ümumi qiymətə təsir edib.

Reytinqdə sonuncu yerləri münaqişə zonalarında yerləşən Tripoli və Dəməşq şəhərləri tutur.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.