DÜNYA


Dubayda ticarət mərkəzinə su taksisi ilə getmək olacaq

Əbu-Dabi, 10 yanvar, AZƏRTAC

Dubayda ticarət mərkəzlərinin arasında hərəkət edəcək su taksiləri gələn həftədən işə başlayır.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, su nəqliyyatının yeni marşrutu tanınmış “The Dubai Mall” və “Dubai Marina Mall” arasından keçir. Bu yeni təşəbbüsü Dubayın ən iri “Emaar” tikinti şirkəti əmirliyin Yol və Nəqliyyat Komitəsi ilə tərəfdaşlıqda həyata keçirəcək.

Su taksisinın Fars körfəzi və Dubay su kanalında 80 dəqiqəlik hərəkəti zamanı sərnişinlər əmirliyin əsas görməli yerlərini seyr edə biləcəklər. Su taksisi ilə bir dəfə getmək böyüklər üçün 68,25 dirhəmə (18,6 dollar) və 12 yaşına qədər uşaqlar üçün 52,5 dirhəmə (14,4 dollar) başa gələcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.