MƏDƏNİYYƏT
Düşənbədə MDB ölkələrində dövri mətbuat və kitab işi ilə bağlı iclas keçirilib
Düşənbə,30 noyabr, AZƏRTAC
Düşənbədə Müstəqil Dövlətlər Birliyi ölkələrində dövri mətbuat, kitab nəşri, yayılması və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın 18-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Elbəy Əli təmsil edib.
2019-cu il MDB məkanında “Kitab ili” elan edildiyinə görə, yığıncaq iştirakçıları bu məsələ ilə bağlı tədbirlər planını müzakirə ediblər. Birlik dövlətlərində uşaq və gənclər üçün kitab festivallarının keçirilməsi, bu sahədə informasiya mübadiləsinin aparılması və digər məsələlər də diqqət mərkəzində olub.
Elbəy Əli bu sahədə Azərbaycanda görülən işlər haqqında məlumat verib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
- 26.04.2024 [11:53]
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 26.04.2024 [11:47]
Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]