ELM VƏ TƏHSİL
“ELM” NƏŞRİYYATININ YENİ KİTABLARI
“Elm” nəşriyyatından AZƏRTAC-a verilən məlumata görə, son vaxtlar burada AMEA-nın müxbir üzvü Ağamusa Axundovun “Azərbaycan dilinin izahlı lüğəti”, filologiya elmləri doktoru Vəli Nəbioğlunun “Azərbaycan bədii nəsrinin janr-üslub təkamülü” ( XIX -XX əsrlər), Mais Qasımov və Gülər Qədirovanın “Ədviyyat və yabanı tərəvəz bitkilərinin ensiklopediyası”, Məhsəti İsmayılın ”Xalq yaddaşının izləri”, Təyyar Salamoğlunun “Müasir Azərbaycan romanının poetikası”, “Bitki fiziologiyası terminlərinin və anlayışlarının izahlı lüğəti” və s. kitablar çap olunmuşdur.
Hazırda nəşriyyatda Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi ilə bağlı bir neçə kitabın çapına hazırlıq işləri gedir və onlar yaxın zamanda işıq üzü görəcəklər.