ELM VƏ TƏHSİL


“EduExpo” sərgisi çərçivəsində BP şirkəti “Mühəndislikdə müxtəliflik” mövzusunda təqdimat keçirib

Bakı, 11 oktyabr, AZƏRTAC 

Oktyabrın 11-də 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi - “EduExpo” çərçivəsində BP şirkəti “Mühəndislikdə müxtəliflik” mövzusunda təqdimat keçirib.

AZƏRTAC xəbər verir ki, məktəblilərin və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan BP şirkətinin mühəndis-texnoloqu Əli Novruzov “Mühəndislikdə gender balansı və müxtəliflik” mövzusunda danışıb. Onun sözlərinə görə, mühəndislik təbiət elmləri biliklərini praktikada tətbiq etmək sənətidir.

BP şirkətinin modernləşmə və transformasiya üzrə rəhbəri Rəşad Bayramov “BP, insanlar və bərabərlik” mövzusunda təqdimatla çıxış edib. O, BP şirkətinin fəaliyyəti haqqında məlumat verib, karyerada uğur qazanmağın yollarından, özünəinamlı olmaqdan söz açıb.

Şirkətin əməkdaşları Anar Vəliyev, Esmira Qüdrətova, Elxanə İsmayılova müxtəlif mövzularda təqdimatlar edib, iştirakçılarla öz uğur hekayələrini bölüşüblər.

İnteraktiv şəkildə keçirilən tədbirdə şagirdlər və tələbələr fəal iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.