DÜNYA


Ekvadorda partlayış nəticəsində azı 5 nəfər ölüb, 26 nəfər yaralanıb VİDEO

Bakı, 15 avqust, AZƏRTAC

Ekvadorun liman şəhəri olan Quayakildə baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 26 nəfər yaralanıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, səhər saatlarında baş vermiş hadisə zamanı səkkiz ev və iki avtomobil partladılıb.

Ekvadorun daxili işlər nazirinin sözlərinə görə, bu, silahlı dəstələr tərəfindən hökumətə qarşı müharibənin elan edilməsi deməkdir.

Bu hadisədən sonra Ekvadorun insanların ən sıx məskunlaşdığı Quayakil şəhərində fövqəladə vəziyyət elan edilib. Bu, silahlı dəstələrin zorakılığı səbəbindən Ekvadorda oktyabr ayından bəri elan edilən dördüncü fövqəladə vəziyyətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.