Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Elçin Mirzəbəyli: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlər ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır

Elçin Mirzəbəyli: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlər ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır

Bakı, 20 mart, AZƏRTAC

Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Bu sözləri AZƏRTAC-a siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib: “Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində koronavirusun yayılmasının qarşısının alınması, ölkə həyatının bütün istiqamətləri və beynəlxalq münasibətlərlə bağlı olduqca mühüm məqamlara toxundu. Təbii ki, bu geniş və əhatəli təbrik nitqində yer alan bütün məqamlara toxunmaq mümkün deyil”.

E.Mirzəbəyli Azərbaycan Prezidentinin təbrik nitqində yer alan iki istiqamətə diqqət çəkərək bildirib: “Prezident İlham Əliyev öz çıxışında vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və ölkəmizdə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün ilk günlərdən praktik addımların atılmasına başlanılıb. Bu, şübhəsiz ki, belədir”.

Siyasi ekspertin sözlərinə görə, Azərbaycan hökuməti koronavirus təhlükəsi ilə bağlı çağırışa çevik və ardıcıl əməli addımlarla reaksiya verdi, yanvarın 24-də Nazirlər Kabineti yanında 24 saat fəaliyyətdə olan Operativ Qərargah yaradıldı, dövlət qurumlarının virusun yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz addımlar atması və vahid orqanizm kimi fəaliyyət göstərmələri üçün qərarlar qəbul edildi. Dərhal bu qərarların icrasına başlanıldı. Bu qısa müddət ərzində hökumət olduqca mühüm qərarların qəbul edilməsinə və icrasına nail oldu.

E.Mirzəbəylinin fikrincə, koronavirusun yayılmasına zəmin yarada biləcək bütün daxili və xarici amillərin qarşısının alınması istiqamətində addımlar atıldı. Karantin tədbirləri görüldü, virusa yoluxma hallarının tez bir zamanda müəyyənləşdirilməsi üçün ən müasir 4 laboratoriya alındı və onların sayı 10-a çatdırıldı. Bütün uşaq bağçaları, təhsil müəssisələri bağlandı, kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Ölkənin ərzaq təhlükəsizliyinə təhdid yaratmaq və vətəndaşları təşvişə salmaq məqsədi daşıyan bütün təxribat xarakterli addımların qarşısı olduqca çevik bir şəkildə alındı. Bununla yanaşı, milli valyutamızla bağlı təxribat törətməyə çalışan, vətəndaşların dövlətə olan inamına zərbə vurmağa cəhd göstərən daxili və xarici amillər qısa müddət ərzində əməli addımlarla və geniş maarifləndirmə işi sayəsində iflasa uğradıldı. Bəzi ölkələrlə gediş-gəliş məhdudlaşdırıldı, bir çox aviareys ləğv edildi, sərhədlərin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı, xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə qayıtması üçün carter reyslər açıldı və onların öz Vətənlərinə təhlükəsiz şəkildə qayıtmalarına şərait yaradıldı. Azərbaycan bu xəstəliklə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına və qonşu ölkəyə ümumilikdə 10 milyon vəsait ayırdı. Bununla da Azərbaycan dövlətinin qlobal məsuliyyətinin nə qədər yüksək olduğu bir daha ortaya qoyuldu. Bu, həm də dünyanın ayrı-ayrı inkişaf etmiş dövlətlərinin bir-birinə yardım etməkdən imtina etdikləri bir şəraitdə baş verdiyi üçün Azərbaycan dövlətinin bəşəri və humanist mahiyyətini bir daha təsdiqləmiş oldu. İnfeksiya ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalandı. Prezidentin Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

Ekspert əlavə edib ki, bütün bunlarla yanaşı, Prezident İlham Əliyev təbrik nitqində xəstəliyə qarşı mübarizəni daha da gücləndirmək və koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatını daha da yüksəltmək məqsədilə Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat vəsaitin ayrılacağını da vurğuladı: “Göründüyü kimi, Azərbaycan qısa müddət ərzində həm ölkə daxilində, həm də qlobal miqyasda koronavirusun yayılmasının qarşısının alınması üçün mühüm əməli addımlar atdı və paralel olaraq, Azərbaycana düşmən kəsilən qüvvələrin təxribatlarını zərərsizləşdirdi, həmçinin əhalinin maarifləndirilməsi istiqamətində ciddi addımlar atdı”.

“Prezident İlham Əliyev öz nitqində koronavirusla bağlı təxribat törədənlərin beşinci kolon, içimizdə oturan düşmənlər olduğunu vurğuladı. Kimdir içimizdə olan düşmənlər? Əlbəttə ki, xaricdən idarə olunan, milli maraqlarımızı şəxsi, korporativ mənafelərinə qurban verməyə hazır olan, nifrət, aqressiya püskürən satqınlar. Azərbaycan Prezidenti qeyd etdi ki, fövqəladə vəziyyət elan olunacağı təqdirdə beşinci kolonun nümayəndələrinin təcrid edilməsi tarixi zərurət olacaq və anti-Azərbaycan qüvvələrin, beşinci kolonun, milli satqınların bu vəziyyətdən istifadə edib hansısa təxribat törətməsinə imkan verilməyəcək. Azərbaycan Konstitusiyasının 112-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqinə verir. İndiki halda həm epidemiya təhlükəsi, həm də beşinci kolonun ölkədə kütləvi iğtişaş yaratmaq cəhdləri xüsusi rejimin tətbiqinə tamamilə zəmin yaradır. Təbii ki, fövqəladə vəziyyət ən son zəruri addımlardan biridir və hələlik ölkəmizdə belə bir qərar qəbul olunmayıb. Lakin vətəndaşlarımız üçün həyati təhlükə ehtimalının güclənəcəyi təqdirdə ən son zəruri addımların atılması da mümkündür. Azərbaycanın inkişafına qənim kəsilən daxili qrupların və onları himayə edən xarici dairələrin, hətta belə həssas, xalqımızın həyati təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir məqamda təxribatlara əl atması, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların, o cümlədən siyasi sistemin yeni konfiqurasiyasının formalaşdırılması ilə bağlı atılan addımların nə dərəcədə zəruri olduğunu ortaya qoyur. Prezidentin də qeyd etdiyi kimi yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq”, - deyə ekspert vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO