İQTİSADİYYAT
Elman Rüstəmov: Mərkəzi Bank iqtisadiyyata əlavə olaraq 1,8 milyard manat vəsait yönəldib
Bakı, 22 noyabr, AZƏRTAC
İlin əvvəlindən pul kütləsi 12 faiz artıb. Dövriyyəyə təxminən 1 milyard manata yaxın vəsait ayırmışıq. İlk sabitlik rüşeymlərinin yarandığı fevral ayının sonundan Mərkəzi Bank iqtisadiyyata əlavə olaraq 1,8 milyard manat vəsait yönəldib.
AZƏRTAC xəbər verir ki, bu barədə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
"İlin sonunadək pul kütləsi bir qədər də artacaq. Hazırda dövriyyədə olan pul kütləsi təxminən 2014-cü ildəkindən 24 faiz aşağıdır. Bunun elmi-praktiki izahı var. Biz bilirik ki, pulun 3 əsas funksiyası var. Pul həm dəyər ölçüsüdür, ödəniş vasitəsidir, həm də sərvət və yığım vasitəsidir", - deyə E.Rüstəmov qeyd edib.