Energetika Nazirliyi xarici tərəfdaşları Ermənistanın Azərbaycana qarşı təxribatları barədə məlumatlandırıb
AzerTAg.az
Bakı, 15 oktyabr, AZƏRTAC
Energetika Nazirliyi xarici tərəfdaşları Ermənistanın Azərbaycana qarşı təxribatları barədə məlumatlandırıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Energetika nazirinin həmsədr olduğu Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İtaliya, Ukrayna, Qazaxıstan və Vyetnam arasında hökumətlərarası komissiyaların qarşı tərəflərdən həmsədrləri Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması və yaralanması, həmçinin strateji əhəmiyyətli enerji infrastrukturu obyektlərinin hədəfə alınması barədə məlumatlandırılıb.

Xəbərin mətnində orfoqrafik səhv var