İQTİSADİYYAT


Enerji Məsələlərini Tənzimləmə Agentliyi: Ötən ay Texniki Şuralara 182 müraciət daxil olub

Bakı, 7 dekabr, AZƏRTAC

Noyabrda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Texniki Şuralarına 182 müraciət daxil olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu müraciətlərdən 181-i müsbət həll olunub, bir müraciət isə təqdim edilmiş sənədlərdə uyğunsuzluqlar səbəbindən baxılmamış saxlanılıb.

Müraciətlərə Bakıda və regionlarda yerləşən 16 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində və 1 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.