REGİONLAR
Erkan Özoral: Naxçıvan şəhərinin müasirliyi və tarixi abidələri məndə xoş təəssürat yaratdı
Naxçıvan, 19 may, Tural Kəngərli, AZƏRTAC
Azərbaycanın dilbər guşəsi olan Naxçıvana səfərimdən çox məmnunam. Naxçıvan şəhərinin müasirliyi və tarixi abidələri məndə xoş təəssürat yaratdı. Son dəfə Naxçıvan Muxtar Respublikasında 8 il əvvəl olmuşdum. Həmin vaxtdan Naxçıvanın müsbət mənada çox dəyişildiyini, inkişaf etdiyini gördüm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Naxçıvana səfər edən Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.
Muxtar respublikada bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini bildirən səfir Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etdirilməsi yollarını müzakirə etdiklərini diqqətə çatdırıb.
“Naxçıvan Muxtar Respublikası Türkiyə üçün çox əhəmiyyətli bir bölgədir. Çünki Naxçıvan Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan körpü rolunu oynayır” – deyən səfir Naxçıvana bir daha gəlmək arzusunda olduğunu bildirib.