Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub

Bakı, 22 aprel, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə aprelin 22-də “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri, Milli Məclisin deputatı Soltan Məmmədov tədbirin mövzusunun ölkəmizdə uğurla icra olunan icbari tibbi sığorta siyasətinin önəmli komponentlərindən birini təşkil etdiyini bildirib. Ölkəmizdə uşaq sağlamlığı, uşaqların təhsili və sosial təminatının hər zaman əsas prioritetlərdən biri olduğunu qeyd edən S.Məmmədov EUDİ layihəsinin Azərbaycanın hər zaman tətbiqində yüksək siyasi iradə nümayiş etdirdiyi 17 davamlı inkişaf məqsədlərindən 11-nin uğurlu icrasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

O, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun uşaqların sağlamlığı, təhsili və sosial təminatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirdiyini vurğulayıb: “2004-cü ildən Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşınadək şəxslər insulin preparatları və şpris qələmlərlə təmin edilirlər. Koxlear implantasiya proqramı çərçivəsində bir qrup eşitmə qüsuru olan şəxslərin əməliyyatı həyata keçirilib. 2015-ci ildən bu günədək proqram çərçivəsində ölkə üzrə 200-dən çox şəxs koxlear implantasiya əməliyyatına cəlb olunub. Talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində 2009-cu ildə Bakıda müasir avadanlıqlarla təchiz olunmuş Talassemiya Mərkəzi inşa edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə mütəmadi olaraq ürək qüsurundan əziyyət çəkən uşaqların müayinə və əməliyyatı həyata keçirilir. Səhiyyə sahəsində aparılan islahatlara dəstək olaraq qanunvericilik bazasında tələb olunan davamlı dəyişikliklər bu gün də həyata keçirilir. Bundan başqa, müxtəlif xəstəliklərlə mübarizədə həyata keçirilən dövlət proqramları ölkəmizin sosialyönümlü siyasətinin bariz nümunəsidir. Yoluxucu xəstəliklərin immunprofilaktikası, uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması, talassemiya, hemofiliya xəstəlikləri, o cümlədən onkoloji xəstəliklər və diabetlə mübarizə, koxlear implantasiya əməliyyatları, ana və uşaq sağlamlığının yaxşılaşdırılması tədbirləri və digər dövlət proqramları uşaqların erkən yaş dövründə sağlam inkişafına böyük dəstəkdir. Əminəm ki, bu işlər gələcəkdə də davam edəcək və dövlət qurumları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların birgə səyi və aktiv iştirakı ilə həmin layihələri tezliklə işğaldan azad olunmuş torpaqlarımızda da uğurla həyata keçirəcəyik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, insan kapitalına ən erkən yaşlardan qoyulan yatırım inkişafın fundamental əsası hesab olunur. O, EUDİ layihəsinin vacib və yüksək nəticəyə hesablanmış bir layihə olduğunu qeyd edib: “Erkən uşaqlıq dövrü inkişafı ana bətnindən başlayaraq məktəbə qəbul yaşına qədər nitq, dil, ritorika, eləcə də sosial və emosional inkişafa dair vərdiş və bacarıqların əldə olunmasından ibarət fasiləsiz bir prosesdir. Odur ki, körpə həyatının ilk 1000 günündə düzgün qidalanma, stimullaşdırma və qayğı, həmçinin keyfiyyətli səhiyyə xidməti ilə əhatə olunması çox vacibdir. Ölkəmizdə gənclərin səlahiyyətləndirilməsi, sosial müdafiə və erkən uşaqlıq dövrünün inkişafı məsələləri hökumətin dayanıqlı iqtisadi artımı təmin edən aparıcı mexanizmlərinə daxil edilib.

Mövcud milli və beynəlxalq qanunvericilik, işlək mexanizmlər və alətlər, bu günədək keçdiyimiz yol əldə etdiyimiz nəticələr bundan sonra da qarşımıza uşaqlar üçün öz potensiallarını tam şəkildə reallaşdırmaq imkanı verən bir mühitdə böyüməyi təmin etməyi qarşımıza vəzifə kimi qoyur. Bu vəzifənin yerinə yetirilməsi üçün müəyyən nailiyyətlərimiz var. Ən əsası azyaşlı uşaqlar arasında immunizasiya və onun əhatə səviyyəsinin yüksək olması, ana və uşaq sağlamlığı, bu sahədə olan problemlərin erkən aşkarlanması, profilaktikası, xüsusilə icbari müayinələrə dair dövlət proqramlarını məxsusi qeyd etmək istərdim. Dövlət proqramları içərisində məktəbəqədər təlimə çıxış imkanlarının artırılması ilə əlaqədar da ciddi addımlar atılıb. Doğumun universal və dəqiq qeydiyyatı ilə bağlı görülən işlər təqdirəlayiqdir. Ödənişli analıq məzuniyyətinin tətbiqi, ana südü əvəzedicilərinin marketinqinə dair məcəllənin tətbiqi Azərbaycanda bu sahədə problemləri xeyli dərəcədə azaldıb. Amma yenə də problemlər qalmaqdadır. 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların sayında müəyyən artım hiss olunur. Bunu da əsas səbəbləri erkən və qohum nikahları, doğuş zamanı travmalar, bir sıra genetik xəstəliklərdir. Erkən aşkarlama və erkən müdaxilə üçün mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində görülən işləri xüsusi vurğulamaq lazımdır. Burada Heydər Əliyev Fondunun, əlaqədar dövlət orqanlarının birgə işi təqdirəlayiqdir. Sağlam və təhlükəsiz ailə mühitində tərbiyə almaq, əqli və psixi inkişaf sahəsində erkən aşkarlama və müdaxilə tədbirlərinin reallaşdırılması və intensivləşdirilməsi xüsusilə vacibdir. Effektiv qidalanmama səbəbindən 5 yaşadək uşaqlarda qısaboyluluq hələ də müşahidə olunur. Hamilə qadınlar və azyaşlı uşaqlarda anemiya halları rast gəlinməkdədir. Bu problemlərin həlli üçün belə layihələrin reallaşdırılması çox vacibdir. Bugünkü təqdimat mərasimini uşaq hüquqlarının çoxtərəfli əməkdaşlıq əsasında milli inkişaf gündəliyimizdə ön plana çəkilməsinin bariz nümunələrindən biri kimi dəyərləndirmək olar. Uşaqlara qayğını, valideynlərə faydalı məsləhətləri nəzərdə tutan universal, mütərəqqi, ev ziyarəti modelinin pilot qismində uğurlu tətbiqi gələcəkdə bu kampaniyanın coğrafiyasının daha da genişləndirilməsini və həmin kampaniyalar, belə layihələr haqqında əhalinin məlumatlılığının artırılmasını vacib bir vəzifə kimi qarşıya qoyur.

Ölkəmiz üçün ciddi çətinliklər yaratmış pandemiya dövründə xüsusilə davranış problemləri ilə bağlı yaranan çətinlikləri qeyd etmək istərdim. Bu istiqamətdə üzləşdiyimiz çətinliklər göstərdi ki, həqiqətən də insanların bu sahədə vərdişlərini, bacarıqlarını və davranış imkanlarını xeyli dərəcədə genişləndirən layihələrə, tədbirlərə böyük ehtiyac var”.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təmsil etdiyi təşkilatların Azərbaycandakı müxtəlif qurumlarla uşaqlara dair həyata keçirdiyi layihələrdən bəhs edib. Hər iki təşkilatın ölkəmizdəki nümayəndələri EUDİ layihəsinin Azərbaycan xalqına və gələcək nəsillərə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Sonra erkən uşaqlıq dövründə inkişafla bağlı qısa videoçarx nümayiş olunub.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan və “Regional İnkişaf” İctimai Birliyinin EUDİ layihəsinin rəhbəri Nəzrin Şirinova 2019-cu ildən Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin birgə icra etdiyi EUDİ layihəsinin məqsədləri, layihə çərçivəsində yaradılmış www.eudi.az portalı, Erkən Uşaqlıq Dövründə İnkişaf Resurs Mərkəzinin fəaliyyəti, o cümlədən gələcəkdə nəzərdə tutulan digər fəaliyyətlər barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, erkən uşaqlıq dövrü bir-birindən ayrı üç mərhələni əhatə edir: mayalanmadan doğuşaqədərki dövr, doğuşdan 3 yaşaqədərki dövr və məktəbəqədərki dövr. Erkən uşaqlıq dövrünün inkişafının məqsədi bütün azyaşlı uşaqların, o cümlədən həssas qruplara daxil olan uşaqların öz inkişaf potensiallarına nail olmasıdır. Buna iki faktor vasitəsilə imkan yaradılır: doğuşdan məktəbə qəbul yaşına qədər bütün uşaqların onların inkişaf ehtiyaclarını qarşılayan yüksəkkeyfiyyətli əsas sağlamlıq, qidalanma, müdafiə və erkən təlim xidmətlərinə bərabər çıxış imkanına malik olması; valideynlərə və uşaqlara qayğı göstərən digər şəxslərə dəstəyin göstərilməsi və onların öz azyaşlı uşaqlarını məsuliyyətli qayğı və pozitiv valideyn tərbiyəsi ilə təmin etməsi.

Qeyd olunub ki, layihənin əsas məqsədləri 8 yaşadək uşaqların sosial, fiziki və əqli inkişafı, sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın stimullaşdırılması ilə bağlı valideynləri və digər maraqlı tərəfləri maarifləndirmək, bu sahədə çalışan səhiyyə, təhsil və sosial xidmətlər üzrə mütəxəssislərin potensialını artırmaqdır. Layihənin icrası müddətində həmçinin 4 hədəf regionda - Gəncə və Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonlarında aidiyyəti qurumlar da cəlb olunmaqla müxtəlif dəyirmi masaların, konfransların, festivalların təşkili, icma platformasının yaradılması, geniş maarifləndirmə işlərinin aparılması planlaşdırılır.

Sonra www.eudi.az portalına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbir müzakirələrlə davam etdirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini Rəhim Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, Milli Məclisin deputatları Hicran Hüseynova, İlham Məmmədov, Müşfiq Məmmədlinin çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, Azərbaycanda Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə həyata keçirilən layihələr və digər təşəbbüslər heç şübhəsiz hökumətin insan kapitalının inkişafı prioritetlərinə, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasına öz töhfəsini verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək