MƏDƏNİYYƏT


Ermənilərin Azərbaycan xalqının mədəni irsinə vurduğu ziyandan bəhs edən videoçarx hazırlanıb

Bakı, 19 fevral, AZƏRTAC

İki əsrdən artıqdır Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimiz olub. İşğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən muzeylər, məscidlər, abidələr dağıdılıb və qəsdən törədilmiş yanğınlar nəticəsində meşə sahələri yandırılıb və məhv edilib, ətraf mühitə və canlı təbiətə ciddi ziyan vurulub. Lakin şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Almaniyanın Bremen şəhərində fəaliyyət göstərən “Azerbaijan Society Team”in təşkilatçılığı ilə Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması məqsədilə “What Armenians did in Karabakh?” adlı videoçarx ərsəyə gətirilib.

Videoçarxda ermənilərin Şuşa, Zəngilan, Qubadlı, Ağdam məscidlərində və ümumən Qarabağdakı mədəni irs nümunələrimizə vurduğu ziyan, törətdikləri ekoloji terror və tarixi saxtalaşdırmaq cəhdləri faktlarla işıqlandırılaraq dünya ictimaiyyətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.