Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənipərəst media resurslarının milli ədavət epopeyası

Ermənipərəst media resurslarının milli ədavət epopeyası

Moskva, 15 dekabr, AZƏRTAC

Belarus Respublikasının İstintaq Komitəsi bir neçə informasiya resursunun müəlliflərini milli ədavəti qızışdırmaqda təqsirləndirib. Belarus İnformasiya Nazirliyinin müraciəti əsasında açılan cinayət işinin fiqurantları “REGNUM”, “LENTA.RU” və “Eurasia Daily” internet resurslarının müəllifləri Yuri Pavlovets, Dmitri Alimkin və Sergey Şiptenkodur. Onlar irqi, milli və dini ədavəti qızışdırmaqda təqsirli bilinirlər. Maraqlıdır ki, hər üç resursun yaranması və fəaliyyəti, sanki ara qızışdırmaq, ekstremizm və milli ədavət yaymaq üçün yaranmış ermənilərin adı ilə bağlıdır.

Belarusun informasiya naziri Liliya Ananiçin BELTA agentliyinə müsahibəsində bildirdiyi kimi, ölkədə ekstremist ruhlu informasiyaların yayılmasının qarşısını almaq, dövlət və ictimai maraqları müdafiə etmək üçün nazirliyin nəzdində informasiya məhsullarını qiymətləndirən ekspert qrupu yaradılıb. Bu qrup adıçəkilən internet resurslarda Belarusun suverenliyini şübhə altına alan, Belarus xalqını, onun tarixini, dilini və mədəniyyətini təhqir edən materialların yerləşdirildiyini aşkarlayıb. Nazirin sözlərinə görə, materiallarda Belarusun guya anti-rusiya siyasətindən bəhs edilir.

Bu məsələdə həlledici nöqtəni isə Dmitri Alimkinin Alla Bron psevdonimi ilə “REGNUM” agentliyində dərc edilmiş “Belarus Ukrayna təcrübəsini əsas götürərək, rus dünyasından xəlvətcə uzaqlaşır. Belarus dili bütün imkanlardan istifadə edib yaşamağa çalışır” ("Беларусь уходит из Русского мира исподтишка, с учетом украинского опыта. Белорусский язык: не мытьем, так катаньем") məqaləsi olub. Məqalə Belarus cəmiyyətində böyük rezonans və narazılıq doğurub. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Belarus tərəfinin müraciətinə cavabında məqalədəki fikirlərin Rusiya rəhbərliyinin mövqeyini əsla əks etdirmədiyini vurğulayıb.

Bəs bu məsələdə ermənilərin rolu nədən ibarətdir?

Qeyri-dövlət informasiya agentliyi olan “REGNUM” özünün ermənipərəst və anti-azərbaycan mövqeyi ilə daim fərqlənib. Elə təkcə agentliyin Şərq redaksiyasının (şef-redaktorun müavini Sarkis Tsaturyandır) Azərbaycan tarixi və iqtisadiyyatı barədə dərc etdiyi materialları sadalamaq kifayətdir. “REGNUM”un baş redaktoru Modest Kolerov bəzi mənbələrdə həm də “REX” İnformasiya Agentliyinin baş redaktoru və sahibi kimi göstərilir. Ancaq agentliyin özünün saytında yerləşdirilən məlumata görə, “REX”in baş redaktoru Sarkis Tsaturyandır. Modest Kolerov “REGNUM”un yaradıcısı və uzun müddət rəhbəri olsa da, bir ara bu agentlikdən uzaqlaşdırılmışdı. Ancaq necə deyərlər, “müqəddəs” yer boş qalmır” və onun yerini Vigen Akopyan tutmuşdu. Modest Kolerov “REGNUM”a qayıdandan sonra Vigen Akopyan “Eurasia Daily” agentliyinin baş redaktoru təyin olunur. Bu həmin agentlikdir ki, baş direktoru İrina Fedina Dağlıq Qarabağda baş verən aprel hadisələri zamanı Feysbuk səhifəsində yazırdı: “Şokdayam! Burada bizneslə məşğul olmaq, Rusiya vətəndaşlığı almaq, Rusiyadan preferensiyalar tələb etmək və eyni zamanda Qərbə yaltaqlanmaqda fəallıq göstərmək ifrat ermənisayaq mövqedir. Onların mövqeyi belədir - siz bizim əvəzimizə müharibəni udun, Qarabağı bizə verin, Azərbaycanla əlaqələrinizi kəsin, bizə investisiyalar verin, bizim üçün vətəndaşlıq almaq prosedurlarını sadələşdirin və s. Amma bizimlə kiçik tərəfdaş kimi danışmayın, bizi özünüzə bərabər tutun, bizim daxili siyasətimizə qarışmayın”. Görünür, erməni həmkarları ilə gündəlik ünsiyyət İ.Fedinada bu millət haqqında müəyyən doğru rəy yaradıb.

“LENTA.RU” internet nəşrinə gəldikdə isə bu resurs “Rambler & Co” şirkətlər qrupuna daxildir. Şirkətin baş direktorunun birinci müavini Maksim Tadevosyan, icraçı direktoru isə Rafael Abramyandır.

Bütün bu faktları sadalamaqda məqsədimiz Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən konqresində qaldırılan mühüm məsələlərdən birinə - xəbər agentliklərində yalan məlumat yayılmasının, nifaq və ədavət yaradan informasiyaların yerləşdirilməsinin onsuz da təlatümlərlə dolu müasir dövrümüzdə daha böyük risklərə səbəb olması məsələsinin akuallığına diqqəti cəlb etməkdir. Konqresdə qeyd olunmuşdu ki, media tolerantlığı və qarşılıqlı anlaşmanı təbliğ etməklə bu cür təzahürlərlə mübarizə aparmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev konqresin açılışında medianın müasir dövrdə rolu və məsuliyyətindən danışaraq deyib: “Biz bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qan tökülməsi və qarşıdurma yaratdığının şahidi oluruq... Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq”. Azərbaycan dövlətinin başçısının fikrincə, informasiya təqdimatına müxtəlif siyasi dairələr müdaxilə edir, hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir.

Təəssüf ki, Azərbaycan erməni təbliğatının müdaxilə etdiyi media resurslarının hadisələrə bu cür yanaşması ilə qardaş Belarus xalqından çox-çox əvvəl üzləşib. Elə təkcə aprel hadisələri ilə bağlı Rusiya və dünya mətbuatında Azərbaycanın haqq işinə qarayaxmaları nümunə gətirmək kifayətdir. Rusiyanın bəzi telekanallarında və informasiya resurslarında Dağlıq Qarabağ hadisələri birtərəfli işıqlandırılır, tok-şoulara Azərbaycanın nüfuzlu siyasətçiləri, politoloqları, ekspertləri dəvət olunmurdu. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkənin kütləvi informasiya vasitələrini tərəfkeşlikdə təqsirləndirərək bildirmişdi ki, bu, jurnalistika deyil, insanlarda bir-birinə qarşı nifrət oyatmaqdır: “Biz uzun illərdir ki, bütün səviyyələrdə tərəflərin mövqelərinin yaxınlaşdırılması ilə məşğul olur, qarşılıqlı anlaşmada yeni səviyyəyə qalxmağa çağırırıq. Bu cür “reportajlar” yolverilməzdir, jurnalistlər belə məqamlarda öz məsuliyyətlərini anlamalıdırlar”.

Dünya xəbər agentliklərinin Bakı Konqresinin yekun bəyannaməsində də iştirakçılar mətbuat azadlığını KİV-lərin fəaliyyətinin əsas prinsipi kimi önə çəkməklə yanaşı, media birliyini yalan və qərəzli informasiya yayımına qarşı hamılıqla mübarizəyə çağırıb, jurnalistikada, xəbər yayımında məsuliyyətin başlıca meyarlardan biri olduğunu önə çəkib. Peşəkar jurnalistikanın iki vacib prinsipi - söz azadlığı ilə məsuliyyət və peşə etikası arasındakı sərhəd olduqca şəffafdır. Kütləvi informasiya məkanına çıxışı olan hər kəs bu sərhədi bəzi media resurslarının erməni havadarları kimi yox, öz milli-mənəvi köklərinə və peşəsinə hörmət əsasında müəyyənləşdirməlidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO