ELM VƏ TƏHSİL


Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 50 məktəb dağıntılara məruz qalıb

Bakı, 3 noyabr, AZƏRTAC 

Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bərdə, Ağcabədi və Yevlaxda 1, Tərtər və Ağdamda 14, Gəncədə 8, Füzulidə 5, Goranboy və Kəlbəcərdə 3 məktəb dağıntılara məruz qalıb.

Xatırladaq ki, Ermənistanın mülki əhalini atəşə tutması nəticəsində 9 şagird həlak olub, 16 şagird isə yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.