CƏMİYYƏT


FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir VİDEO

Bakı, 3 avqust, AZƏRTAC

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq bir neçə gündür meşə yanğınlarının geniş vüsət aldığı bölgələrdən olan Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğın ocaqlarının söndürülməsi üçün əməliyyat şəraitinə uyğun olaraq lazımi tədbirləri davam etdirirlər.

Qeyd edək ki, Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə nazirliyin Marmaris bölgəsində olan yanğın-xilasetmə qüvvələrinin koordinasiyalı idarəetməsi təşkil olunub. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə yola salınmış ikinci yanğın-xilasetmə qrupu isə avqustun 4-dən yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.