İDMAN
Finlandiyada yaşayan həmyerlimiz cüdo üzrə ölkə çempionatında gümüş medal qazanıb VİDEO
Stokholm, 19 fevral, Rauf Əliyev, AZƏRTAC
Finlandiyanın paytaxtı Helsinkidə yaşayan 20 yaşlı həmyerlimiz Məhəmməd Məcidli cüdo üzrə Finlandiya çempionatında +81 kiloqram çəki dərəcəsində dörd qarşılaşmadan üçündə qalib gələrək gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, idman sahəsində böyük uğurlara imza atan həmyerlimiz cüdo ilə məşğul olduğu illər ərzində iki qızıl, iki gümüş və üç bürünc medal qazanıb.
Qeyd edək ki, Məhəmməd Məcidli 10 yaşından ailəsi ilə birgə Finlandiyada yaşayır və burada təhsil alıb. Hazırda Finlandiya “Azərbaycan Gənclər Birliyi” diaspor təşkilatının idarə heyətinin üzvüdür.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [21:14]
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]