Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Firəngiz Əlizadə - dünya şöhrətli bəstəkarımız” adlı kitabın təqdimatı olub

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Bakı Kitab Mərkəzində “Firəngiz Əlizadə - dünya şöhrətli bəstəkarımız” adlı kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tanınmış musiqişünas, sənətşünaslıq doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Həcər Babayevanın müəllifi olduğu nəşr “Vətənoğlu” çap evində işıq üzü görüb.

Aparıcısı Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva olan təbirdə çıxış edən müəllif kitab haqqında məlumat verib. O deyib ki, kitabda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, “Şöhrət” və “Şərəf” ordenli və UNESCO-nun “Sülh artisti” kimi dünya miqyaslı mötəbər mükafatın sahibi Firəngiz Əlizadənin yaradıcılığının son 10 ili əhatə olunub. Nəşrdə dünyanın ən məşhur musiqi xadimlərinin Firəngiz xanım haqqında dediyi xoş sözlər, onun iştirak etdiyi tədbirlər, beynəlxalq konfranslar, müsabiqələr barədə ətraflı məlumatlar fotoşəkillərlə öz əksini tapıb.

Müəllif Həcər Babayeva çıxışında bildirib ki, kitab faktlar əsasında tərtib edilib. Burada Firəngiz Əlizadənin 2007-2017-ci illəri əhatə edən yaradıcılığı, fəaliyyəti və gördüyü digər işlər işıqlandırılıb. O əlavə edib ki, kitabda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, akademik Teymur Kərimli, o cümlədən Azərbaycanın tanınmış musiqişünasları - Bakı Musiqi Akademiyasının professorları, Əməkdar incəsənət xadimləri Zemfira Qafarova, İmruz Əfəndiyeva, həmçinin Kamilə Dadaşzadə, Cəmilə Həsənova və başqalarının Firəngiz xanımın yaradıcılığından bəhs edən məqalələri, eləcə də KİV-də yer alan müsahibələri də yer alıb.

Görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verən H.Babayeva söyləyib ki, bəstəkar müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda adlı-sanlı ifaçılar tərəfindən səsləndirilir. Onun musiqisi minlərlə xarici dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanaraq, ən geniş beynəlxalq arenada şöhrət qazanıb. O, bir bəstəkar, pianoçu, dirijor, ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuza malik şəxsdir. Pianoçu kimi XX əsr xarici ölkə bəstəkarlarının müasir əsərlərinin ölkəmizdə tanıdılmasında mühüm rol oynayıb, bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısıdır. Öz əsərlərinin təqdimatında da o, həm pianoçu, həm də dirijor kimi çıxış edir. F.Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir. Onun əsərləri bir çox xarici ölkələrdə ifa olunmaqla həmin ölkələrin “composer in residence” (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülüb. F.Əlizadə müxtəlif janrlarda bir sıra musiqi əsərlərinin - “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operalarının, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” kimi əsərlərin müəllifidir. Müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlərin, “Silk road” konserti, “Mərsiyə” violonçel və simfonik orkestr üçün konsert, böyük simfonik orkestr üçün “İthaf” və s. əsərlərin yaradıcısı da məhz Firəngiz xanımdır. F.Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli musiqi xadimidir. Onun Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən I, II və III “Muğam aləmi” Beynəlxalq Musiqi festivallarının, Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəkidə və Bakıda keçirilən I, II, III, IV, V, VI və VII “İpək yolu” Beynəlxalq Musiqi festivallarının bədii rəhbəri, “Üzeyir dünyası” layihəsinin baş redaktoru kimi səmərəli fəaliyyəti var.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar belə bir nəşrin ərsəyə gəlməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, F.Əlizadə Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında böyük xidmətləri olan şəxsiyyətdir: “Firəngiz Əlizadə iki dövrün - sovet və müstəqillik dövrünün bəstəkarıdır. Onun yaradıcılığı hər zaman ölkəmizin musiqi mədəniyyətinin formalaşamasına, inkişafına böyük təsir edib, bundan sonra da təsir edəcək. Nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edir, görkəmli bəstəkarımıza da yeni yaradıcılıq axtarışı arzulayıram”.

Tədbirdə Əməkdar incəsənət xadimləri Zemfira Səfərova, Cəmilə Həsənova və başqaları çıxış edərək kitabın əhəmiyyətindən, görkəmli bəstəkarın sənət fəaliyyətindən bəhs ediblər.

Sonda beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova Səidə Tağızadənin (piano) müşayiəti ilə F.Əlizadənin “İmpuls” əsərini səsləndirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DSMF: fərdi uşot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar