Formula 2: Rusiya Qran-Prisini Fransa mərhələsi əvəz edəcək
AzerTAg.az
Bakı, 20 may, AZƏRTAC
Formula 2 yarışının 2022-ci il mövsümü 14 mərhələdən ibarət olacaq.
AZƏRTAC xəbər verir ki, Soçi Qran-Prisi təqvimdən çıxarılsa da, yürüş rəhbərliyi yarışa əvəzləyici tapmağı bacarıb. Belə ki, Fransanın Pol-Rikar trası təqvimə əlavə olunub. Yürüş iyulun 22-24-də keçiriləcək.
Formula 2 seriyasının baş promouteri Bruno Mişel uzun müddət dəyişikliklə bağlı axtarışda olduqlarını deyib: “Fransa Qran-Prisi də nəzərə alınsa, seriya 14 mərhələdən ibarət olacaq. 2017-ci ildən keçirilən Formula 2 yarışlarının tarixində turnir ilk dəfə 14 mərhələdən ibarət olacaq. İyul ayı komandalar üçün gərgin olsa da, azarkeşlər bundan zövq alacaqlar”.
Qeyd edək ki, Formula 2 yarışının 6 mərhələsi olan Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Xəbərin mətnində orfoqrafik səhv var