Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Forum çərçivəsində keçirilən “dəyirmi masa”da multikulturalizmin Azərbaycan modeli təqdirlə qarşılanıb [YENİLƏNİB]

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “dəyirmi masa”lardan biri də “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvi, akademik Anatoli Torkunov və Link Kampus Universitetinin prezidenti Vinçenzo Skottinin həmsədrlikləri ilə keçirilən “dəyirmi masa”da mövzu ətrafında səmərəli müzakirələr aparılıb.

Kamal Abdullayev çıxışında bildirib ki, Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir: “Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev elmi məzmunu ilə yadda qalan əhatəli, dərin məzmunlu nitq söylədi. Prezidentin dediklərindən belə ümumiləşdirmə aparmaq olar ki, dünyada iki qütb formalaşıb. Birinci qütb bədbin qütbdür. Ən qabaqcıl Avropa ölkələri multikulturalizmin iflasından danışırlar. Bunun nəticəsi kimi, insanlığa yad olan meyillər formalaşır. Amma Azərbaycan modeli göstərir ki, multikulturalizmin nikbin qütbü də var”.

Dövlət müşaviri əlavə edib ki, Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları öz sırasında birləşdirir. Biz multikulturalizmin bu gününə və sabahına inanırıq. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar multikulturalizmin dönməz yolunu müəyyən edib. Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib. Əsrlərdən bəri ölkəmizdə müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıblar. Çox zaman xarici qonaqlar bizdən təəccüblə soruşurlar ki, necə olur, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri qardaş və dost kimi yaşaya bilirlər. Biz də buna təəccüblənirik: başqa cür necə olar bilər? Azərbaycan Prezidenti öz qayğısını bütün konfessiyalara eyni səviyyədə göstərir. Azərbaycan bu gün çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib. Bu gün fəxrlə Azərbaycan modelini bütün dünyada təbliğ edirik”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Forumun ənənəvi olaraq keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, burada müzakirə olunan məsələlər olduqca mühümdür. Multikulturalizmin bütün dünyada insanların bərabər birgəyaşayışını təmin etdiyini vurğulayan akademik ölkəsinin multikultural dəyərlərindən söz açıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili” elan olunması Azərbaycanın tolerant ölkə olduğunu və bu ənənənin tarixi səciyyə daşıdığını bir daha göstərdi. Bu gün Azərbaycan dünyada multikultural ənənələri özündə birləşdirən və yaşadan ölkə kimi tanınır. Tarixən Azərbaycanda müxtəlif mədəniyyətlər olsa da, burada insanlar hər zaman mehriban şəraitdə yaşayıblar və bu gün də yaşamaqdadırlar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, dini dəyərlərin qorunduğu Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahiblərinin dinc və sülh şəraitində yaşaması Uca Yaradana xoş gedən məqamlardandır. Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramı dövlət səviyyəsində nümayiş etdirən nümunəvi məkan kimi tanınır. Azərbaycan sivilizasiyalar arasında mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Ölkəmizdə din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub. Bu gün dünyada qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilən Azərbaycanda müxtəlif xalqların nümayəndələri birlikdə mehribanlıq şəraitində yaşayırlar.

ABŞ Administrasiyasının - Ağ Evin Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzinin direktor müavini Janna Skott ölkəmizdə multikulturalizmə verilən önəmi yüksək qiymətləndirib. Bildirib ki, bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi olduqca təqdirəlayiqdir. ABŞ da bu məsələlərə xüsusi önəm verir. Qonaq təmsil etdiyi qurumun fəaliyyətindən, reallaşdırdığı layihələrdən söz açıb. Bildirib ki, biz insanların birgəyaşayışı və firavanlığı üçün çalışmalıyıq.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka diqqətə çatdırıb ki, müasir dünyada mövcud ekoloji problemlər, müharibələr, insanlar arasında nifrət, ədavət, zorakılıq halları bəşəriyyəti addım-addım fəlakətə doğru sürükləyir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bildirib ki, ölkəmizdə yaşayan müxtəlif millətlərin və konfessiyaların nümayəndələri bir-biri ilə ahəngdar rəftar edirlər. Bu gün Azərbaycan cəmiyyəti dünyanın aparıcı cəmiyyətləri sırasında qərarlaşır. Bunun nəticəsidir ki, dünya xalqları və ölkələri tərəfindən Azərbaycana diqqətcil münasibət göstərilir. Prezidentin ölkəmizdə multikulturalizmi dövlət siyasəti elan etməsi multikultural həyatın nikbin ruhunu müəyyənləşdirir.

Rus Pravoslav Kilsəsinin Sinodal Kilsə, Cəmiyyət və KİV ilə əlaqələr üzrə departamentinin sədri, “Foma” pravoslav jurnalının baş redaktoru Vladimir Leqoyda çıxışında Azərbaycanın multikulturalizmə verdiyi dəyəri xüsusi vurğulayıb və bunun digər ölkələrdə də təbliğ olunmasının vacibliyini qeyd edib.

ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Azərbaycanın dostu olduğunu və dostu olaraq da qalacağını vurğulayıb. O deyib ki, Azərbaycan unikal multikulturalizm modelini dünyaya təqdim edib. Bu, bir daha Azərbaycan xalqının tolerantlığından xəbər verir. Bu forumlar fikirlərimizi bölüşməyə gözəl imkanlar yaradır. Burada səslənən çağırışlar bizi insanlığa xidmət etməyə çağırır. Hamımız bir istiqamətdə işləməliyik. Yeni strategiyalar hazırlamalı, yetişməkdə olan gənc nəslin qəlbinə yol tapmalıyıq. Elə etməliyik ki, hər bir gənc məlumatı olsun. Gənclər terrorçuların, ekstremistlərin təsiri altına düşməsinlər. Bu istiqamətdə birgə mübarizə aparmalıyıq. Biz insanlarımızı, gənclərimizi pis vərdişlərdən qorumalıyıq.

Çıxışlardan sonra tədbir “Kütləvi miqrasiyanın müasir prosesləri və plüralist mədəni paradiqma multikulturalizm siyasətinin əsası kimi”, “Multikulturalizmin Azərbaycan modeli müxtəlif mədəni və dini təcrübələrin çoxəsrlik tolerant mövcudluğunun nəticəsi kimi” və “Müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayış siyasətinin formalaşmasında və multikulturalizm ideyalarının həyata keçirilməsində dünya dinlərinin tarixi rolu” mövzularında bölmə iclasları ilə davam edib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov və UNESCO-nun İcra Şurasının sədri Maykl Vorbsın moderatorluğu ilə keçirilən iclasda Azərbaycan, İtaliya, Rusiya və digər ölkələri təmsil edən alimlər çıxış ediblər.

“Multikulturalizm: problemlər və ya həllər” mövzusunda məruzə ilə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Fond Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları tərəfindən dəstəklənib. Fondun məqsədi türk dünyasını, türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq, eyni zamanda, türk dünyasının sahib olduğu mədəni irsi qorumaq, araşdırmaq, dünyada təbliğ etmək və gələcək nəsillərə çatdırmaqdır. Qurum hazırda bu istiqamətdə fəal iş aparır.

Günay Əfəndiyeva deyib: “Türk xalqları müxtəlif dinlərə mənsubdur. Böyük hissəsi müsəlman olmaqla yakutlar şamanizm və xristianlıq, çuvaşlar və qaqauzlar xristianlıq, tuvalılar buddizmə sitayiş edirlər. Bizi qədim tariximiz, dilimiz, adət-ənənələrimiz və milli dəyərlərimiz birləşdirir. Bizim də missiyamız bu irsi, bu mədəniyyəti gələcək nəsillərə çatdırmaqdır”.

Vurğulanıb ki, multikulturalizm Azərbaycanın siyasətidir. Çünki bu, Azərbaycan cəmiyyətinin milli dəyərlərinə, adət-ənənələrinə əsaslanır. Tarixi İpək Yolunun buradan keçməsi, karvansarayların salınması, müxtəlif insanların bir-biri ilə ünsiyyəti buna müəyyən təsir göstərib. Azərbaycan multikulturalizm modeli artıq dünya universitetlərində öyrənilir, tədris olunur. Qırmızı Qəsəbə, İvanovka, Nic, Xınalıqda yaşayan etnik azlıqların hamısı Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvləridir. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanlar birgə sülh, tolerantlıq şəraitində yaşayırlar. Onların haqları Azərbaycan milli qanunvericiliyi ilə də qorunur. Azərbaycan Respublikasının Prezidenti bütün icmalara bayram və xüsusi əlamətdar günlərində təbriklərini çatdırır. Təəssüf ki, öz mədəni dəyərlərinə bu qədər həssaslıqla yanaşan bir ölkə tam əks davranışla, əks siyasətlə qarşılaşıb. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi nəticəsində abidələrin dağıdılması, işğal altında olan məscidlərdə donuz saxlanılması faktı istər-istəməz insanda ikrah hissi yaradır. Buna baxmayaraq Bakının mərkəzində erməni kilsəsi toxunulmaz olaraq qalır. Bu amil özü bir daha xalqımızın multikultural, tolerant dəyərlərindən xəbər verir.

İclasda Link Kampus və Markoni Telematika Universitetinin professoru Annamariya Kossiqanın “Köhnə diasporlar multikulturalizmin həyata keçirilməsinə kömək edə bilərmi?”, insan haqları üzrə müstəqil ekspert, politoloq Aleksandr Vladiçenkonun “XXI əsrdə Avropada multikultural dialoq: Strasburqdan baxış”, “Uşaqlar üçün aviasiya” Dünya Xeyriyyə Fondunun hüquqi təminat şöbəsinin müdir müavini Oleq Kuznetsovun “Mədəniyyətlərin dialoqu Rusiya və Azərbaycan xalqlarının sivilizasiya əməkdaşlığının təməli kimi”, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadənin “Plüralist mədəni paradiqmaya fəlsəfi yanaşma” və digər mövzularda məruzələri dinlənilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəmanovanın, Portuqaliyanın humanitar elmlər və texnologiya üzrə Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru Tereza do Damasio və Rusiyanın Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatları kafedrasının müdiri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının icraçı direktoru Aleksandr Nesterovun moderatorluğu ilə keçən ikinci iclasda da səmərəli diskussiyalar aparılıb.

İclasda Rusiya Federasiyası Dövlət Dumasının Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moskva filialının icraçı direktoru Nataliya Krasovskayanın “Müasir dünyada multikulturalizm modelləri”, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Südabə Zeynalovanın “Azərbaycanda multikulturalizm: tarixi prizma və müasir inkişaf”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialının icraçı direktoru Birgit Vaysgerberin “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Drezdendə (Almaniya): təcrübə və iş istiqaməti” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə Azərbaycandakı müxtəlif etnik icmalardan, onlar üçün yaradılan münbit şəraitdən geniş söz açılıb. Xüsusilə də son illər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin reallaşdırdığı layihələr və onların əhatə etdiyi coğrafiya geniş şəkildə müzakirə olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının moderatorluğu ilə reallaşan son iclas da maraqlı müzakirələrlə yadda qalıb.

Dünyada böyük gərginliyin müşahidə edildiyi vaxtda Bakıda Humanitar Forumun keçirilməsinin böyük əhəmiyyət daşıdığını söyləyən Mübariz Qurbanlı bildirib ki, hazırda planetimizdə 80-ə yaxın münaqişə ocağı var. Həmin münaqişələrin 30-da hər gün insanlar həlak olur. Statistik məlumatlara görə, bu münaqişələrdə həlak olanların sayı 2,5 milyon nəfəri ötüb. Bu münaqişələrin çoxu dini məzhəblər arasında olan toqquşmalar nəticəsində yaranır. Bu cür münaqişələrə yol verməmək, onları aradan qaldırmaq üçün dünyanın müxtəlif ölkələrindən alimlərin, din adamlarının bir araya gələrək bu problemdən necə çıxmaq haqqında fikir mübadiləsi aparmalarına böyük ehtiyac var. Ona görə ki, lokal toqquşmalar dünyanı böyük fəlakətə gətirib çıxara bilər.

İclasda Bakı Avropa Yəhudilərinin sinaqoqunun ravvini Şneor Seqalın “İdentikliyini itirmədən tolerantlıq və birgəyaşayış”, ABŞ-ın Kaliforniya ştatının Xristian Lüteran Kilsəsinin yepiskopu Xuan Karlos Mendezin “Fərdi təcrübənin model kimi istifadə olunması”, Dransi Məscidinin imamı və Fransanın İmamları Konfransının sədri Hassen Şalqumin “İslam və digər dinlərə qarşı tolerantlıq”, Moskva Patriarxlarının xarici kilsə əlaqələri şöbəsinin dinlərarası məsələlər üzrə katibi Dmitri Safonovun “Keçmiş Sovet İttifaqı ərazisində ənənəvi dinlərin sülhməramlı rolu: tarixdə və bu gün”, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin “Müasir dünyada Azərbaycan multikulturalizmi modeli”, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Feketenin “Azərbaycan katolik kilsəsinin gündəlik həyatı: multikulturalizm nəzəriyyəsi təcrübədə”, Azərbaycandakı Gürcü Yəhudiləri dini icmasının sədri Abiq Çaruxçevin “Gürcü yəhudiləri və Azərbaycan multikulturalizmi”, Hindistan İslam Mədəniyyəti Mərkəzinin direktoru Zikrur Rəhmanın “Hindistan: Multikulturalizm beşiyi”, San Paulo Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Pedro Bohomoletz de Abreunun “Siyasi cəhətdən parçalanmış dünyada hüququn inteqrasiyası”, Filippin İslam və Demokratiya Mərkəzinin prezidenti xanım Amina Zalmia Rəsul Bernardonun “Filippində islam dini və həyat təcrübəsi” mövzularında məruzələri dinlənilib.

Tədbirdə çıxış edən görkəmli yazıçı və ictimai xadim Oljas Süleymenov Forumun işini yüksək qiymətləndirib. Bildirib ki, iki gün ərzində Azərbaycanda müasir dünyamızı düşündürən məsələlər müzakirə olundu. Bu müzakirələr gələcək əməkdaşlığa mühüm töhfələr verəcək. Belə forumlar bizim dünyada sülh yaratmaq uğrunda məqsəd və fikirlərimizi dəstəkləyir.

“Dəyirmi masa”ya yekun vuran Kamal Abdullayev müzakirə olunan məsələlərin mühüm aktuallıq kəsb etdiyini vurğulayıb.

Sonda V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi səsə qoyularaq qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar