CƏMİYYƏT


Fransada fəaliyyət göstərən Böyük Məqrib Assosiasiyası Azərbaycana humanitar yardım göndərib

Paris, 18 yanvar, AZƏRTAC

Fransada humanitar yardım fəaliyyəti ilə məşğul olan Böyük Məqrib Assosiasiyası 44 günlük Vətən müharibəsində yaralanmış mülki sakinlərimizə və hərbçilərimizə yardım göndərib. Humanitar yardıma əlil arabaları, elektron çarpayılar, tibbi ləvazimat və dərmanlar daxildir. Assosiasiyanın üzvləri azərbaycanlı qardaşlarına daim yardım göstərməyə, onların kədərini bölüşməyə hazır olduqlarını bildiriblər. Qeyd ediblər ki, müharibədə mülki əhalinin hədəfə alınması qəbuledilməzdir. Onlar Gəncə, Bərdə şəhərlərində qadağan olunmuş bombalarla mülki əhalinin qətlə yetirilməsi səhnələrini izlədiklərini və bunun vəhşilik olduğunu bildiriblər.

Assosiasiya üzvləri ilə görüşdə 30 il ərzində işğala məruz qalmış Azərbaycanın düşmənin son təxribatlarına əks-hücumlara cavab vermək məcburiyyətində qaldığı diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Ordusu Vətən torpaqlarının azadlığı uğrunda mübarizəyə qoşulub. Azərbaycanın döyünən ürəyi Qarabağda ağır döyüşlər getdi. Ermənistan silahlı qüvvələri müharibə qaydalarına, xüsusilə də Cenevrə Konvensiyalarına riayət etmədi və ölkəmizin mülki əhalisini, döyüş meydanından uzaqda olan strateji şəhərlərini hədəfə aldı. Ermənilər gecə vaxtı mülki əhalini - qadınları, uşaqları, qocaları qadağan edilmiş raketlərlə hədəf aldı. Məsum insanlar bu vəhşiliyin qurbanı oldular. Qadınlar, uşaqlar, qocalar daxil olmaqla onlarla mülki insan həlak oldu, yaralandı, əlil oldu.

Böyük Məqrib Assosiasiyasının rəhbərliyi və üzvləri Vətən müharibəsində yaralanan, əlil olan həmvətənlərimizlə maraqlanıblar. Fransadakı səfirliyimizlə, eləcə də bu ölkədə fəaliyyət göstərən təşkilatlarımızla əlaqə yaradaraq, müharibədə yaralanan, əl-ayağını itirən azərbaycanlılara humanitar yardım etmək istəklərini bildiriblər. Ehtiyaclara uyğun olaraq əlil arabaları, elektron çarpayılar, müxtəlif adda tibbi ləvazimat və dərmanlardan ibarət humanitar yardım hazırladıqlarını qeyd ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.