CƏMİYYƏT
Fuad Muradov: Azərbaycanlıların İnteqrasiya Mərkəzinin istifadəyə verilməsi dövlətimizin soydaşlarımıza töhfəsidir
Tbilisi, 4 aprel, AZƏRTAC
Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin istifadəyə verilməsi bu ölkədə yaşayan soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyasına dövlətimiz tərəfindən verilən töhfədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.
Dövlət Komitəsinin sədri kimi ötən ilin yayında ilk dəfə Gürcüstana səfər etdiyini və bu ölkədə yaşayan soydaşlarımızın üzləşdikləri problemləri ətraflı öyrəndiyini diqqətə çatdıran F.Muradov qeyd edib ki, inteqrasiya mərkəzinin yaradılması təklifi ötən il Gürcüstandakı fəal gənclərimiz tərəfindən irəli sürülüb. Azərbaycan dövləti bu təklifi yüksək dəyərləndirilib və mərkəzin açılmasına hər cür yardım göstərib.
Komitə sədri təhsillə bağlı layihələrin hazırlandığını, Gürcüstanda yaşayan azərbaycanlıların təhsil almaları üçün 2019-2020-ci tədris ilində kvotaların ayrıldığını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi